QHT və MEDİA
A- A A+

Yaşar Aydəmirov: Ordumuz xalqımızın mənəvi dəstəyini daim hiss edir

2018-03-23 09:40:13

.

Azərbaycan Ordusunun təminatında heç bir problemin olmaması ilə bağlı Müdafiə Nazirliyinin yaydığı xəbər ehtiyatda olan hərbçi kimi məni də çox sevindirir. Ali Baş Komandan və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı bunu deməyə əsas verir. Bu fikirləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-a açıqlamasında bildirib. Y.Aydəmirov qeyd edib ki, son illərdə Ordunun silahlanmasına daxil edilən ən müasir hərbi texnika, silah və digər döyüş vasitələri Silahlı Qüvvələrin gücünü dəfələrlə artırıb və düşmən üzərində üstünlüyü təmin edib. Müasir və hər cür kommunikasiya sistemləri ilə təchiz edilmiş hərbi şəhərciklərin tikilməsi, əsaslı surətdə təmiri əsgərlərin, eləcə də zabit heyəti və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlardandır. Dəfələrlə hərbi hissələrdə olarkən əldə edilən bu nailiyyətlərin şahidi olmuşam. Xalqımız da bunu görür və qiymətləndirir. “Bir məqama da xüsusi toxunmaq istərdim. Əvvəlki illərlə müqayisədə indi Ordu ictimaiyyət üçün kifayət qədər açıqdır. Müxtəlif qurumların, ictimai təşkilatların nümayəndələri hərbi hissələrə səfərlər edir, şəxsi heyətlə görüşlər keçirir. Bunlar hamısı çox müsbət haldır. Amma bəzi hallarda bu səfərlər özünüreklam xarakteri daşıyır. İndi ordumuz keçən əsrin 90-cı illərinin əvvəllərində olan pərakəndə silahlı dəstələrdən həm kəmiyyət, həm də keyfiyyət baxımdan xeyli fərqlənir. Bu səbəbdən də hərbi hissələrə səfərlər edərkən ərzaq və məişət məhsullarının toplanaraq əsgərlərə çatdırılmasına heç bir ehtiyac yoxdur. Tez-tez əsgər və zabitlərin yanında olan bir general kimi ictimaiyyətimizi tam əmin edirəm ki, hazırda xalqımızın mənəvi dəstəyini daim hiss edən və hərtərəfli təmin olunmuş əsgərlərimizin heç bir şeyə ehtiyacı yoxdur”, - deyə Y.Aydəmirov xüsusi vurğulayıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 162

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...