SOSİAL
A- A A+

“Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26” devizi ilə silsilə tədbirlər keçirilib

2018-03-20 11:25:26

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu universitetlərdə “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26” devizi altında silsilə tədbirlər keçirilib

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi ən dəhşətli və amansız cinayətlərdən biri kimi qiymətləndirilən Xocalı soyqırımına həsr edilən tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açılaraq bildirilib ki, bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Dünyanın müxtəlif qurumlarında, ölkələrin parlamentlərində Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlər qəbul edilib Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb. Azərbaycanın dostları xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır.

Toplantılarda Xocalı faciəsinin Azərbaycan xalqının yarası olmaqla yanaşı, bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirilib. Soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib. Diqqətə çatdırılıb ki, Azərbaycana qarşı hərbi təcavüzlə əlaqədar BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir.

Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin səkkiz xarici ölkədə - Rusiya, İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, ABŞ və Bolqarıstanda filialları fəaliyyət göstərir. Eyni zamanda, “Azərbaycan multikulturalizmi” fənni də dünyanın 18 nüfuzlu ali təhsil ocağında uğurla tədris edilir. BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, Mərkəzin xarici ölkələrdə filiallarının yaradılması işinə başlanılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə filialların fəaliyyəti və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.


Kateqoriya : SOSİAL Baxış sayı : 217

QHT və MEDİA

2018-07-23 09:10:48

QHT və MEDİA
ABŞ Azərbaycanlıları Şəbəkəsindən Ağdamı...
ABŞ Azərbaycanlıları Şəbəkəsindən Ağdamı...

ABŞ Administrasiyasındakı rəsmi şəxslərə, həmçinin Birləşmiş Ştatların bütün ...

2018-07-21 07:05:31

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illik yubileyi ...
Azərbaycan Ordusunun 100 illik yubileyi ...

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi ...

CƏMİYYƏT

2018-07-23 09:00:17

CƏMİYYƏT
“Keçir göz önümdən Ağdamım mənim”...
“Keçir göz önümdən Ağdamım mənim”...

İyirmi beş ildir ki, doğma şəhərim işğal altında sızıldayır. Hər ilin 23 iyul...

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

İQTİSADİ

2018-07-21 08:15:26

İQTİSADİ
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz D...
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz D...

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın müvəqqəti işlər vəki...

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...