QHT və MEDİA
A- A A+

Televiziya ilə toy məclisi səhv düşüb

2018-03-19 11:25:17

.

Bu yaxınlarda Elçin Əlibəylinin müəllifliyi ilə Space tv-də yayımlanan “El bizim sirr bizim” verilişini izlədim. Söhbətin əsas mövzusu bayağı musiqilərin geniş auditoriyalara, efirə necə yol tapması və bunun yaradacağı fəsadlar idi. Hər zaman cəmiyyəti narahat edən məsələlərə toxunduğuna görə, hörmətli Elçin bəyə təşəkkür edirəm. Həmin veriliş zamanı bayağı musiqilər haqqında fikir mübadiləsi aparıldı. Əslində bütün bu müzakirələr çox zəruridir. Xoşagəlməyən məqam ondan ibarətdir ki, həmin verilişdə nəticələr haqqında daha çox danışıldı. Bu uzun və ağrılı prosesdir. Nəticəyə qədər baş verən prosesə və səbəblərə nəzər salmaq lazımdır.

Bugünkü mənzərə fərqlidir. Bayağı musiqilər kütləvi şəkildə, yalnız maddi maraqlar güdülərək tamaşaçıya sırınır. Yetişməkdə olan nəsl düşünür ki, elə əsl musiqi belə olmalıdır. İnsanların zövqü sürətli şəkildə belə yüngül mahnılara köklənir. Zövqlərin korlanması isə ümumilikdə cəmiyyətə sirayət edir. Burada hər şeyi cəmiyyətin, təhsilin üzərinə yıxmaq doğru deyil. Ancaq bir çox problemlər təhsilsizlikdən qaynaqlanır. Mütaliəsizliyin fəsadını hər addımda hiss edirik. Kitaba etinasızlıq sindroma çevrilib.

Digər bir vacib məqam ondan ibarətdir ki, bayağı, zövqsüz musiqilər necə olur ki, belə sürətlə yayılır? Heç şübhəsiz ki, kiçik auditoriyalarda, el şənliklərində, toylarda səslənən musiqilər geniş ictimaiyyətə yalnız tv-lər vasitəsilə təqdim olunur. Hazırda bir çox televiziyalarda toyxana xarakterli verilişlərin və onların yetərincə intellekti olmayan aparıcılarının hesabına həmin ara mügənnilər, bayağı musiqiçilər efirlərdə at oynadır. Hörmətli Elçin bəy, məgər bunları görmür, bilmir? Təbii ki, görür və bilir. Əsas problemin səbəblərindən biri budur. Bunun üzərində düşünmək lazımdır.

Heç kim toy adət ənənələrini, toy musiqiləri aşağılamamalıdır. Toy mərasimi yalnız bayağı musiqiçilərdən ibarət deyil. Vaxtılə toyxanalar yaxşı musiqini eşitmək üçün normal bir məkan olub. Mən uşaqlıqdan yaxşı xatırlayıram yaşadığım bölgədə bir çox tanınmış sənətkarların, muğam ifaçılarının musiqilərini məhz toy məclislərində dinləmək zövq və fəxarət sayılırdı. Təəssüf ki, bu gün toy mərasimlərindəki musiqilər çox bayağılaşıb. Ancaq bu bayağılıq televiziyalara yol tapmamalıdır, bu səviyyədə kütləviləşməməlidir. Diqqətli tamaşaçı bu gün çox yaxşı görür, bilir hansı telekanalda və kimlərin təqdimatında belə kütləvi biabırçılıq halları davam edir.

Onu da unutmaq olmaz ki, ucuz, bayağı musiqi fikri özü-özlüyündə mübahisə döğuran məqamdır. Vaxtılə bir çox tanınmış musiqiçilər televiziyalara buraxılmırdı. Hətta sovet dönəmində bir çox tanınmış sənət adamlarına müəyyən qadağaların olduğu bəllidir. Ancaq zaman keçdikcə həmin ifaçılardan və onların təqdim etdiyi musiqilərdən məlum olur ki, bunlar normal sənət nümunəsi olub.

Dünya şöhrətli məşhur caz ustası Vaqif Mustafazadəyə və digər sənətkarlarımıza qarşı haqsız hücumlar olub. Ancaq zaman, insanların intellektual səviyyəsi, yüksək musiqi zövqü bir çox mətləblərə aydınlıq gətirdi. Kimin-kimliyini ortalığa çıxdı. Vaqif Mustafazadə yalnız dünyadan köçəndən sonra layiqli qymətini aldı. Bayağı musiqilər, sənətə dəxli olmayan ifalar isə zaman keçdikcə yox olub getdi. İnanaq ki, gələcəkdə də belə olacaq.

Bir faktı qeyd etmək istərdim. Məşhur kaman ustası rəhmətlik Habil Əliyev mütəmadi olaraq toy məclislərində tanınmış ifaçılarla birlikdə işitirak edib. Elə bir ustad sənətkardan kamançada “Cücələrim”-i ifa etmək bir çox hallarda xahiş olnurdu. Habil müəllim toy əhlinin sözünü yerə salmayaraq, çarəsiz şəkildə o musiqini ifa edirdi. Hər dəfə bildirirdi ki, “Cücələrim”uşaqlar üçündür. Onun ciddi sənətə heç bir dəxli yoxdur.

Bu gün həqiqətən Habil müəllimin kamançada ifa etdiyi “Cücələrim” indən əsər-əlamət qalmayıb. Ancaq onun ifa etdiyi gözəl muğamlar, sənət nümunələri yaşayır, qorunur. Deməli, keyfiyyətsiz musiqi, sənətə xidmət etməyən ədəbi nümunələr, bu gün tamaşaçını bezdirən səviyyəsiz seriallar, daha nələr gec-tez sıradan çıxacaq.

Cənablar, bəlkə tamaşaçının yaxşı əhval-ruhiyyədə qalması üçün ağıllı-başlı musiqilər təqdim etmək lazımdır? Milli Qəhrəmanlarınızın keçdiyi döyüş yolu, Qarabağ döyüşlərində misilsiz xidmətlər göstərən əsgərlərimizin qəhrəmanlığı, Azərbaycan Ordusunun şücaəti ən yaxşı mahnı mətni və musiqisi ola bilməzmi? Təbii ki, olar. Ovqata köklənən musiqilər daha çox yaranmalıdır. Bu boşluqları ancaq peşəkar səviyyədə yazılacaq musiqilər doldura bilər.

Əkrəm Bəydəmirli


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1192

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...