SİYASƏT
A- A A+

Kaliforniyada Novruz bayramı qeyd olunub

2018-03-19 11:00:44

.

Novruz bayramı münasibətilə Kaliforniyanın Los Anceles şəhərində geniş tədbir keçirilib. Azadinform xəbər verir ki, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, və latino icmalarının rəhbərləri iştirak ediblər.

CAFA-nın icraçı direktoru Kimiya Məmmədova Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışıb. K. Məmmədova Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Kaliforniyada belə bir tədbiri keçirməkdən CAFA təşkilatı olaraq məmnunluğunu ifadə edən K. Məmmədova bu işdə dəstək göstərmiş bütün icma üzvlərinə dərin təşəkkürünü bildirib.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, Novruz bayramı sadəcə baharın gəlişindən və təbiətin oyanışından xəbər vermir. Diplomat vurğulayıb ki, bu bayram, həmçinin, sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır. Baş konsul tədbirdə iştirak edən soydaşlarımıza səslənərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının yalnız bir müstəqil dövləti var. "Buna görə də, bu müstəqilliyimizin daha da güclənməsi üçün harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, Vətənimizin daha da inkişafına öz töhfələrini verməsi olduqca vacibdir" - deyə baş konsul qeyd edib.

Sonra Kaliforniya Ştat Senatoru Coş Nyuman, Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Carlos Mendez çıxış edərək, Azərbaycan icmasına bayram təbriklərini çatdırıblar. Onlar ən müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Novruz bayramının qeyd edilməsindən və bu gözəl mərasimdə iştiraklarından məmnun olduqlarını bildiriblər. Gənc musiqiçilər Röya Miriyeva və Rizvan Əliyev tərəfindən ifa edilən Azərbaycan mahnıları, Amerikalı rəqs ustası Robin Frendin ifa etdiyi “Tərəkəmə” və “Uzundərə” kimi Azərbaycan xalq rəqsləri, eləcə də Kaliforniyanın Örvayn Universitetinin amerikalı tələbələri tərəfindən “Sarı Gəlin” xalq mahnısı və “Bayatı-Şiraz” muğamı üzərində qurulmuş rəqsin ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 261

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...