İQTİSADİ
A- A A+

Ermənilərin törətdiyi yanğınların Azersky peyki vasitəsilə monitorinqi aparılıb

2015-06-30 09:30:48

2015-ci ilin may-iyun aylarında Ermənistan tərəfindən işğal altında olan ərazilərdə törədilmiş yanğınların “Azərkosmos” ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki Azersky vasitəsilə aparılmış monitorinqinin nəticələri açıqlanıb

Məlumdur ki, cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır. Belə ki,  mütəmadi olaraq işğal altında olan ərazilərimizdə irimiqyaslı yanğınlar törədilir. Bu il də havaların istiləşməsi və məhsul yığımı dövrünün başlaması ilə qarşı tərəf yenidən cəbhə boyu ərazilərdə silsilə yanğınlar törətməyə başlayıb. 

Azərbaycanın ilk məsafədən müşahidə peyki olan və yüksək ayırdetmə qrupuna daxil olan Azersky peykinin geniş tətbiq imkanlarından biri də çox qısa müddət ərzində və yüksək dəqiqliklə bu yanğınlar üzərində monitorinq aparmaq və dəymiş ziyanın hesablanması üçün dəqiq baza yaratmaqdır. Bu ilin may ayında Azersky peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminarda qeyd edildiyi kimi yanğınlar başlayan vaxtdan etibarən operativ olaraq Azersky peyki vasitəsilə əksər yanğın bölgəsi üzərində monitorinqlər aparılıb, yanğınların müntəzəm olaraq genişlənmə və yayılma istiqamətləri izlənilib.  

 

Azersky peykindən əldə olunmuş təsvirlərin təhlilindən aydın olur ki, monitorinq aparılmış bölgələrdə yanmış ərazilərin ümumi sahəsi təxminən 700 km2 təşkil edir. Yanğın nəticəsində ətraf mühitə, o cümlədən ərazinin yaşıl kütləsinə ciddi ziyan dəyib. 

 
 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1322

QHT və MEDİA

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...