QHT və MEDİA
A- A A+

Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Pirallahıda tədbir

2018-03-16 20:20:47

.

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə əlaqədar 13 fevral 2018-cil tarixli Sərəncamına əsasən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qərargahında “Tarixlərdən gələn irsimiz “ adlı tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri , partiya fəalları, əmək və müharibə veteranları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun sonrakı keşməkeşli taleyindən və bugünkü Azərbaycan Respublikasının öz tarixi irsini necə şərəflə qoruduğunu qeyd etdi.

Daha sonra Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm veteranlara, həm də gənclərə daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir, ağsaqqallarla gənc nəslin yaddaqalan görüşləri keçirilir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi Məmmədova Günel vurğuladı ki, bu gün ölkəmizin əldə etdiyi uğurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasında təmsil olunmaq çox böyük şərəf və məsuliyyətdir. Qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman ulu öndərin ən yaxın köməkçiləri olmuşlar və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvləri YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olundu.

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 838

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...