MƏDƏNİ
A- A A+

Aşıq Şəmşirin yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib

2018-03-16 09:35:57

.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşəbbüsü ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şəmşirin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb.

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şagirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbi əvəzsiz rol oynayıb. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb. Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi müqayisəedilməzdir. Nadir istedad və fitrət sahibinin lent yazıları bu günümüzədək gəlib çatıb.

Məhərrəm Qasımlı Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşirin bütün Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olduğunu və ona məşhur qoşmasını həsr etdiyini xatırladıb. Bildirib ki, ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. Bu lent yazılarından bəziləri Azərbaycan Dövlət Radiosunun qızıl fondunda saxlanılır.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və sair kitabları işıq üzü görüb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Sazı-sözü ilə ürəklərdə əbədi məskən salan Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib. Mənfur erməni cəlladları Kəlbəcərin işğalı zamanı aşığın məzarını vəhşicəsinə dağıdıb, yerlə-yeksan ediblər. Lakin aşığın ruhu onun şeirlərində yaşayır. Aşığın oğlu Qəmbər Şəmşiroğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Sonda aşıqların ifasında ölməz sənətkarın qoşmaları səsləndirilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 558

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...