CƏMİYYƏT
A- A A+

Girovlara görə Komitəyə müraciət ediləcək

2015-06-30 09:25:36

"Kəlbəcərli girovlarla bağlı nə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, nə də kəlbəcərli məcburi köçkünlər tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib”

Bu sözləri  tanınmış jurnalist, kəlbəcərli girovların hüquqlarını müdafiə komitəsinin üzvü Elxan Salahov deyib.(modern.az)

Onun sözlərinə görə, girovlar Şahbaz Quliyev və Dilqəm əsgərovun yaxınları, onların hüquqlarını müdafiə komitəsi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edib: “Müraciətlərə hələ ki reaksiya yoxdur. Onlar bizi inandırmağa çalışırlar ki, bu məsələ mandatlarına uyğun deyil. Girovların azad olunması istiqamətində müdafiə komitəsi kimi Ermənistan hökumətinə müraciət edirik. Onu da bilirik ki, bu müraciətlər qeyri-rəsmidir. Yaxın günlərdə kəlbəcərli girovların ailə üzvləri ilə onların hüquqlarını müdafiə komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyə hazırlaşır. Bununla bağlı bir toplantı da keçirəcəyik”.

Elxan Salahov onu da əlavə edib ki, həmyerlilərimizin girov götürüldüyü son bir ildə istər rəsmi, istərsə də qeyri-rəsmi qaydada müraciət etmədikləri təşkilat qalmayıb: “Hətta Qırmızı Xaç Komitəsi ilə telefon əlaqəsi saxlayıb onların ümumi vəziyyətini öyrənirik. Amma çox təəssüf ki, bu istiqamətdə ciddi bir irəliləyiş əldə olunmayıb. Bu ilin aprel ayında Şahbaz Quliyev üzərində öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndidəki xəstəxanada cərrahiyyə əməliyyat aparılıb. Onun səhhəti yaxşı deyil və biz ondan daha çox narahatıq. Təəssüflər olsun ki, bununla bağlı olan müraciətimizin də nəticəsi yoxdur”.

O qeyd edib ki, kəlbəcərli girovlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin görüşmək hüququ var: “Nümayəndəliklə tez-tez əlaqə saxlayırıq. Bizə vaxtaşırı girovlara baş çəkdikləri, səhhətlərinin normal olması və ailə üzvlərinə də məktub göndərdikləri barədə məlumat verirlər. Təbii ki, girovların azad olunması ilə bağlı onların apardıqları işlər bizi qane etmir. Biz BMT-yə müraciətimizdə də bunları qeyd etmişik. Əslində girovlara baş çəkmək, onların azadlığa buraxılması, dəyişdirilməsi ilə bağlı səlahiyyətlərin hamısı Beynəlxalq Qızıl Xaç Komitəsinə aiddir. Buna görə də ATƏT-in Minsk qrupuna göndərdiyimiz müraciətimizə haqlı olaraq cavab gəlir ki, bu, bizim mandatımıza uyğun deyil”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla bir yerdə olan digər azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Ermənilərin təxribatçı adlandırdığı Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunurlar. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1246

QHT və MEDİA

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

2018-12-10 16:25:06

QHT və MEDİA
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...