2018-03-15 10:15:17 | MƏDƏNİYYƏT
“Arşın mal alan” filmi Fransada nümayiş olunub

Parisdə xarici ölkələrin filmlər həftəsi çərçivəsində “Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası “Le Balzac” kinoteatrında nümayiş olunub

Filmin nümayişi Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun (FİCEP) birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə bu ölkədəki səfirimiz Rəhman Mustafayev bu il 120 illiyini qeyd edən Azərbaycan kinosunun tarixindən danışaraq, ölkəmizdə ilk filmin 1898-ci ildə fransız əsilli Aleksandr Mişon tərəfindən çəkildiyini bildirib.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından söz açan diplomat, onun operettası əsasında 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filminin dünyanın müxtəlif dillərə tərcümə edilərək bir çox ölkələrdə uğurla nümayiş olunduğunu diqqətə çatdırıb. “Arşın mal alan” operettasının zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirib.

Kino tarixçisi, kinoglaz.fr portalının sədri Fransuaz Navailh Azərbaycan kinosunun tarixi haqqında ətraflı məlumat verib. Film fransalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Səfirliyin mədəniyyət işləri üzrə əməkdaşı Günay Axundovanın “Arşın mal alan” filmi, bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı və Azərbaycan kinematoqrafiyası haqqında fransız dilində hazırladığı məlumat tamaşaçılara təqdim olunub. Filmin nümayişindən sonra Ceyhun Hacibəylinin Fransada yaşamış oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe film barədə təəssüratlarını bölüşüb: “Filmə dəfələrlə baxmışam, bu dəfə kino zalında böyük ekranda yeni, rəngli versiyada tamaşa etdim. Filmin musiqisini çox sevirəm, dinləməkdən doymuram. Niyazinin rəhbərliyi altında orkestrin ifası möhtəşəmdir. “Arşın mal alan” operettası 1925-ci ildə Fransada nümayiş olunub. Həmin dövrün afişalarını, eləcə də qəzetlərdə və jurnallarda onunla bağlı çıxan yazıları, təqdimatları saxlayıram. Bir neçə dəfə Bakıda olmuşam, son illər onun daha da inkişaf etdiyini, çox dəyişdiyini, daha da gözəlləşdiyini eşitmişəm. Yeni Bakıya getmək, onu görmək istərdim”.

Timurçin və Paskalın oğlu Benjamin Hacıbəyli bildirib: “Mən filmi əvvəllərdə görmüşəm, ancaq bu dəfə rəngli görmək böyük məmnuniyyət idi. Filmin bərpası çox keyfiyyətli olub. Onun fransız kinoteatrında nümayiş olunması çox yaxşıdır. Bu Azərbaycanın, eləcə də onun filmlərinin tanınmasına töhfə verir”.

Əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein də filmi yüksək qiymətləndirib: “Çox bəyəndim. Sanki nağıllar aləmində idim. Filmin quruluşu, rənglər, ifalar, səslər son dərəcə gözəl idi. Filmə ilk dəfə idi baxırdım və ondan böyük həzz aldım”.(Azadinform)

Baxış sayı : 1020
İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14 Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir 2020-09-27 14:05:59 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13 Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb 2020-09-26 06:40:36 Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49