SİYASƏT
A- A A+

Azərbaycanın Avstriyadakı səfirliyi erməni səfirinin Sumqayıt hadisələri ilə bağlı əsassız fikirlərinə dair açıqlama yayıb

2018-03-15 10:05:19

.

Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistanın bu ölkədəki səfirinin 1988-ci il Sumqayıt hadisələri ilə bağlı APA (Austria Presse Agentur) xəbər agentliyində dərc olunmuş yazısına cavab verib. Səfirliyin təqdim etdiyi materialda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun 1988-ci il Sumqayıt hadisələri ilə bağlı birgə bəyanatına istinadlar da yer alıb.

APA agentliyinin saytında dərc olunan materialda bildirilir ki, erməni səfirinin saxta tarixi hekayətlər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın davamlı təcavüzü və Azərbaycan torpaqlarının beşdəbir hissəsini işğal faktından yayındırma cəhdi təəssüf doğurur. Əgər erməni səfiri doğrudan da həqiqətin axtarılmasında maraqlı olsaydı, o zaman 26 erməni və 6 azərbaycanlının ölümü ilə nəticələnən Sumqayıt hadisələrinin təşkili və törədilməsində Edvard Qriqoryanın əsas şəxslərdən biri olması faktının üzərindən sükutla keçməzdi. Sumqayıtda doğulan erməni əsilli bu cinayətkar həmin hadisələr zamanı insanları qətlə yetirib və zorakılıq əməlləri törədib. Amma nədənsə erməni səfir unudub ki, sovet məhkəmə sistemi tərəfindən məhkum edilən Edvard Qriqoryan cəzasını çəkmək üçün Ermənistana təhvil verilsə də, SSRİ süqut etdikdən dərhal sonra azadlığa buraxıldı. Bu və digər faktlar Sumqayıt hadisələrinin erməni ideoloqları və onların xarici havadarları tərəfindən öncədən planlaşdırıldığını və təşkil olunduğunu açıb göstərir. “Krunk“ və digər erməni ekstremist təşkilatlarının iştirakı ilə törədilən bu hadisələrdə məqsəd Azərbaycana qarşı aparılan hərbi təcavüzə haqq qazandırmaq idi.

Açıqlamada bildirilir ki, Sumqayıt hadisələrindən sonra bir sıra cinayətkarlar məhkəmə qarşısına çıxarıldılar. Lakin bunun əksinə olaraq, Ermənistanda yaşayan azərbaycanlılar 1987-1989-cu illərdə öz doğma torpaqlarından deportasiya edilərkən, yüzlərlə azərbaycanlının vəhşicəsinə öldürülməsində günahkar olanlardan heç kim cinayət məsuliyyətinə cəlb edilməyib, eləcə də Azərbaycan əraziləri işğal olunarkən dinc əhaliyə qarşı törədilən cinayətlər, xüsusilə 1992-ci ilin fevral ayında Xocalı sakinlərinə qarşı həyata keçirilən soyqırımında əli olanlar məhkəmə qarşısına çıxarılmayıblar.

Nəhayət, 2010-cu ilin martında Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Sumqayıt iğtişaşlarının əsl səbəbkarlarını müəyyən etmək və onları məhkəmə qarşısına çıxarmaq məqsədilə cinayət işinin icraatı təzələnib və vahid icraatda birləşdirilib. Səfirliyin açıqlamasında erməni tərəfi obyektiv və konstruktiv yanaşma göstərməyə çağırılıb: “Əgər erməni səfiri də münaqişə ərzində törədilən cinayətlərin iştirakçısı olan cinayətkarların cəzasız qalmasını arzu olunan sülhün və hər iki ölkə arasında barışığın əldə olunması istiqamətində əsas maneə olduğuna dair Azərbaycanın mövqeyini bölüşürsə, o zaman onu öz təxribatçı fəaliyyətinə son qoymağa, bütün ciddi qanun pozuntuları və cinayətlərin araşdırılması, cinayət təqibi və cinayətkarların cəzalandırılmasında iştirak yolu ilə öz cəsarət və siyasi iradəsini nümayiş etdirməyə dəvət edirik”.

Qeyd edək ki, səfirliyin təqdim etdiyi materialda Azərbaycan Xarici İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun 1988-ci il Sumqayıt hadisələri ilə bağlı birgə bəyanatının linki də verilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 236

QHT və MEDİA

2018-07-20 09:00:47

QHT və MEDİA
Avropa Azərbaycanlılar Konqresinin prezi...
Avropa Azərbaycanlılar Konqresinin prezi...

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik ...

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...