QHT və MEDİA
A- A A+

Ombudsman Aparatında mart soyqırımının 100-cü ildönümünə həsr olunmuş konfrans

2018-03-14 22:10:16

Martın 14-də Ombudsman Aparatında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə birgə təşkil edilən konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ombudsman Elmira Süleymanova bildirib ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasəti 200 illik tarixə malikdir. 1918-ci il martın 30-31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər. Silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.

Qeyd edilib ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilən soyqırımıdır.

Milli Məclisin deputatı Elman Nəsirov azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını qeyd edib. Bildirib ki, soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib. 31 mart soyqırımı ermənilərin tarixən yürütdüyü soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Bu soyqırımını ermənilər dünyaya vətəndaş müharibəsi kimi təqdim etməyə çalışırdılar. Stepan Şaumyan Moskvaya yazdığı məktubda etiraf edib ki, onlar bu cinayətləri şüurlu şəkildə törədiblər. Tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımları nəticəsində on minlərlə dinc azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin mart ayından etibarən azərbaycanlı əhali erməni millətçiləri tərəfindən yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb.

Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7 min nəfər öldürülüb. Erməniləri Azərbaycan ərazisinə köçürən qüvvələrin hər zaman onları müdafiə etdiyini deyən Y.Mahmudov tarixdə ermənilərə qarşı soyqırımının olmadığını, lakin ermənilər tərəfindən dəfələrlə soyqırımının törədildiyini söyləyib. Ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkədir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib.

Tarix İnstitutunun direktoru vurğulayıb ki, Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində bu gün artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır. Konfrans mövzu ilə bağlı məruzələrlə davam edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 722

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...