İQTİSADİ
A- A A+

"Azərbaycan İpək Yolunun işlək yola çevrilməsi üçün praktiki addım atan ölkədir"

2018-03-14 09:20:50

.

"İpək Yolu Şərq və Qərb arasında tək iqtisadi deyil, siyasi, mədəni layihədir". APA-nın məlumatına görə, bu sözləri ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, İpək Yolunu Çin olmadan təsəvvür etmək mümkün deyil: "Bu gün tədbirdə iştirak edən Çin səfirinə təşəkkür edirəm. Azərbaycan ATƏT-in bir sıra tədbirlərini təşkil edərək ATƏT dəyərlərinin yayılmasına töhfə verib. Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna Dəstək Qrupunun yaradılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanın bu təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Azərbaycan İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addım atan ölkədir. Azərbaycanın təşəbbüsü ilə keçən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəmir yolu İpək Yolu ilə yüklərin daşınmasını 30-35 gündən 15 günə endirəcək. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində dlə mühüm işlər görür və bu dəhliz də İpək Yoluna inteqrasiya olunacaq. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir".


Kateqoriya : İQTİSADİ Baxış sayı : 489

QHT və MEDİA

2019-06-17 09:45:02

QHT və MEDİA
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...
Cəbhə xəttində bayram tədbiri keçiriləcə...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir q...

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

CƏMİYYƏT

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...