SİYASƏT
A- A A+

"Silahlı qüvvələrin təlimi ATƏT sənədinə uyğundur"

2018-03-13 16:25:06

.

"Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana Sənədi əsasında öhdəliklər daşıması deyəsən indi yadına düşüb".

Bu sözləri APA-ya açıqlamasında Ermənistan XİN-in Azərbaycanda keçirilən hərbi təlimlə bağlı açıqlamasını şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan BMT Nizamnaməsi, Helsinki Yekun aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, güc tətbiq etməklə, Azərbaycan ərazilərini işğal edib: “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir.

Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin Ermənistan prezidentinin iştirakı ilə işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir. Bu qüvvələri Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir”.

XİN rəsmisi əlavə edib ki, 2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40.000-dən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi Ermənistanın riyakarlığının və öz öhdəliklərini kobud şəkildə pozmasının növbəti açıq nümunəsidir: “Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in Vyana 2011 sənədinin V fəslinin müddəalarına uyğundur”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 233

QHT və MEDİA

2018-07-18 08:25:25

QHT və MEDİA
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələ...

2018-07-17 09:25:06

QHT və MEDİA
Fransanın “Lettre Diplomatique” jurnalın...
Fransanın “Lettre Diplomatique” jurnalın...

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr o...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...