2018-03-13 15:30:13 | MÜSAHİBƏ
Vidadi Muradov: “Xalçaşünaslıq Azərbaycanda akademik səviyyədə öyrənilən müstəqil bir elm sahəsidir”

Proqramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında yeni bir inkişaf dövrü başlayır

Fact-info.az saytının suallarını “Azərxalça”Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov cavablandırır

-Prezident İlham Əliyevin 28 feevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı“ təsdiq edilmişdir. Sizcə, ümumilikdə, bu, Proqram Azərbaycanda xalçaçılığın inkişafında hansı müsbət tendensiyalar təkan verəcək?

-İlk növbədə, onu qeyd etmək istəyirəm ki, tarixi milli-mənəvi dəyərlərə əsaslanan, milli zövqün, bacarığın və təcrübənin, əl əməyinin məhsulu olan xalçaçılığa Azərbaycan dövlətinin münasibəti bütün dünya üçün nümunədir, öz-özlüyündə müsbət bir tendensiyadır. Proqramın qəbul olunması ilə Azərbaycan xalçaçılığında yeni bir inkişaf dövrü başlayır. İndiyədək bu sahədə görülən işlərin miqyası daha da genişlənir. Dövlət Proqramı Azərbaycan dövlətinin xalçaçılıq üzrə müasir və gələcək stategiyasını, bu sahəyə dair perspektivlərini əks etdirir. Proqramda bu sahənin bütün istiqamətləri, həllini gözləyən problemləri öz əksini tapıb. Bu problemlər ayrı-ayrı nazirliklər, komitələr səviyyəsində, müştərək şəkildə həll olunacaq.

- Lakin Proqramda vəzifələrin yerinə yetirilməsində əsas vəzifə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür.

-Bəli. Bu da təbii hadır. Çünki “Azərxalça” ASC respublikamızda xalçaçılıqla bağlı proseslərin təşkil olunduğu, idarə edildiyi rəsmi dövlət qurumudur. Proqramda icraçı kimi göstərilmiş Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumların fəaliyyətində xalçaçılıq müəyyən bir istiqamətdir. “Azərxalça” ASC-nin fəaliyyəti isə birbaşa xalça ilə bağlıdır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

- Hal-hazırda Cəmiyyətin xalçaçılıqla bağlı konkret olaraq hansı məsələlərin həlli ilə məşğuldur?

- İndiyədək Cəmiyyətin fəaliyyəti çərçivəsində respublikamızda xalçaçılığın inkişaf edtrilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. 2016-2017-ci illər ərzində respublikanın Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Ağdam, Tovuz, Ağstafa, Qazax rayonlarında Cəmiyyətin yerli rayon filialları istifadəyə verilib. Füzuli və Şəmkir rayonları istisna olmaqla, digər 8 rayonda vahid layihə əsasında yeni binalar tikilmişdir. Filial binaları toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satış salonu və digər bölmələrdən ibarətdir. Burada 150 nəfər toxucunun, 10 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün şərait vardır. Hər emalatxanada müxtəlif ölçülü 43 dəzgah quraşdırılmışdır. Respublikanın tarixi xalçaçılıq məntəqələrinin ənənəvi çeşniləri, xalq sənətkarlarının bədii və texniki iş üsulları öyrənilmiş və istehsalatda tətbiq edilmişdir. Cəmiyyətin “Bədii yaradıcılıq və keyfiyyətə nəzarət” şöbəsinin xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Azərbaycanda ilk dəfə olaraq qədim xalçalar əsasında yeni çeşnilərin elektron variantının hazırlanması və Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir. İndiyədək şöbədə 600-ə yaxın xalça çeşnisi hazırlanmışdır.

- Dövlət Proqramında xalçaçı kadrların hazırlanması xüsusi vurğulanır. “Azərxalça”da bu istiqamətdə hansı işlər görülür?

- Peşəkar kadrların hazırlanması istənilən sahə üçün aktual məsələdir. Azərbaycanda xalçaçılıq ailə sənəti olaraq öyrənilib və öyrədilib. Bu bir tarixi ənənədir. XX əsrdə, daha dəqiq desək, sovet hakimiyyəti illərində ayrı-ayrı peşə təhsili məktəblərinin nəzdində xalçaçı kadrlar hazırlanıb. Ali məktəblərdə xalçaçı-rəssam ixtisası üzrə mütəxəssislər yetişib. Lakin, təəssüflə qeyd etmək istəyirəm ki, bu kadrlar əsl Azərbaycan xalçasının mahiyyətindən, məzmunundan, texnologiyasından uzaqlaşıblar. O dövrün ideologiyasına uyğun olaraq “uzaqlaşdırılıblar”. Və biz illərlə bu problemin fəsadları ilə üzləşmişik. Azərbaycan xalçasını azərbaycanlı kimi, azərbaycanlı zövqü və bacarığı ilə, eyni zamnada azərbaycanlı təcrübəsi ilə toxumaq lazımdır. “Azərxalça”nın nəzdində fəaliyyət göstərən xalçaçılıq üzrə tədris-hazırlıq kurslarını da biz bu məqsədlə yaratmışıq. Bu kurslarda indiyədək 1500 nəfərdən çox xalçaçı kadr hazırlanıb. Onların böyük əksəriyyəti Cəmiyyətin rayon filiallarında daimi iş yerləri ilə təmin edilib. Dövlət Proqramına uyğun olaraq bu proses gələcəkdə daha geniş miqyas alacaq, tədris-hazırlıq kurslarının maddi-texniki bazası gücləndiriləcək, bu kursların məzunlarının sayı daha da çoxalacaq. Və nəticədə respublikamızda böyük bir peşəkar xalçaçı ordusu formalaşacaq. Yalnız xalçaçılıq yalnız xalça toxumaqla yekunlaşmır. Respublikamızın ali təhsil müəssisəslərində xalça sənayesi, xalça biznesi, xalça bərpası, həmçinin boyaqçılıq və s. kimi birbaşa xalçaçılqıla bağlı olan fakültələr də yaradılacaq.

- Respublikamızda xalçaşünaslıq elminin vəziyyətini necə qiymətləndirirsiniz?

- Xalçaşünaslıq Azərbaycanda akademik səviyyədə öyrənilən müstəqil bir elm sahəsidir. 2016-cı ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektoru əsas tədqiqat mərkəzidir. İndiyədək burada Azərbaycan xalçaçılğının tarixinə dair bir sıra elmi-fundamental nəşrlər hazırlanmış və ictimaiyyətə təqdim olunmuşdur. Maraqlıdır ki, Azxərbaycan xalçası ölkəmizin hüdudlarından kənarda daha əhatəli şəkildə tədqiq olunmuşdur. Bu sahə üzrə beynəlxalq təcrübə daha zəngindir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrədən biri də xalçaçılıq üzrə tədqiqatların genişləndirilməsi, dərsliklərin, kitabların hazırlanmasıdır. -Xalçaçılıq qeyri-neft sektorunun mühüm sahələrindən biri kimi gələcək inkişafını necə görürsünüz?

- Xalçaçılıq yaxın gələcəkdə Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilə biləcək. Hazırda xalçaçılıqda aparılan islahatlar, görülən tədbirlər öz bəhrəsini verəcək. Regionlarda yeni xalça emalatxanalarının yaradılması işi davam etdiriləcək, xalçaçılıq müəssisələrində yeni iş yerləri açılacaq. Regionlarda əhalinin, xüsusilə qadınların məşğulluq problemlərinin həllinə dəstək olacaq. Azərbaycan xalçasının yeni xammal bazası yaradılacaq və möhkəmləndiriləcək. Bu proseslər yerli təbii və təsərrüfat imkanları əsasında aparılacaq. dünya xalça bazarında “Made in Azərbaycan” brendinin yaradılacaq, Azərbaycan xalçasının xarici bazarlara məhz Azərbaycan məhsulu olaraq çıxarılması təmin ediləcək. Bu vəzifələri yerinə yetirmək üçün respublikamız böyük imkanlara malikdir.

- Müsahibə üçün çox sağ olun!

Baxış sayı : 3043
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08