İQTİSADİ
A- A A+

“UNEC dünya elm məkanına uğurla inteqrasiya edir”

2018-03-12 08:05:20

.

Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov UNEC-də olub. UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti “Thomson Reuters”lə universitet arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün əsas müzakirə mövzusu elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması olub. Görüşdə UNEC-in ev sahibliyi ilə keçirilən “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın elmi ictimaiyyətdə böyük maraq doğurduğu vurğulanaraq, konfransın materiallarından ibarət kitabın çap olunduğu qeyd edilib.

Bildirilib ki, “Thomson Reuters”lə UNEC-in birgə təşkilatçılığı ilə daha bir beynəlxaq konfransın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də yenidən bir araya gətirəcək. UNEC-in beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atıldığından məmnunluğunu ifadə edən O.Utkin “Thomson Reuters”in bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini bildirib.

O, UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artdığını yüksək qiymətləndirərək universitetin dünya elm məkanına uğurla inteqrasiya etdiyini bildirib. UNEC-in elmi aləmdəki nüfuzunu nəzərə alaraq, Elmmetrik Məktəbin məhz burada yaradılmasının vacibliyini qeyd edib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 564

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...