2015-06-30 09:10:47 | TƏDQİQATLAR-ANALITIKA
I Avropa oyunlarını bəzi dairələr niyə qəbul etmək istəmirdi?

Əslində bütün təzyiqlərə baxmayaraq, I Avropa oyunlarının keçirilməsi bir güc nümayişi idi.

Təbii ki, hər bir ölkə belə möhtəşəm tədbirin keçirilməsinin arzusunda ola bilər. Ancaq istəklə reallıq arasında fərq böyükdü. Çox müsbət haldır ki, Azərbaycan belə möhtəşəm tədbiri uğurla təşkil etdi. 

 İstər Azərbaycanın təbliğatı, zəngin mədəni irsimizin nümayişi, istərsə də  çox innovativ xidmət baxımından çox uğurlu işlər görüldü. Kimin necə düşünməsindən asılı olmayaraq belə möhtəşəm tədbirin  keçirilməsi hər bir Azərbaycan vətəndaşına qürur verir. Bütün bu uğurlu işləri təşkil edən,  yerinə yetirən hər bir kəsə dərin təşəkkür düşür. Belə layihələri yalnız alqışlamaq lazımdır.

 Digər tərəfdən bu yarışma idman diplomatiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirdi. İstənilən halda, belə beynəlxalq tədbirlərdən mümkün qədər ölkəmiz faydalandı. Heç şübhəsiz ki, ilk Avropa oyunları başa çatsa da   Avropanın, dünyanın bəzi dairələrinin bu yarışmalara qərəzli münasibəti unudulmayacaq.  Bəs həmin dairələrin qərəzli yanaşmasının səbəbi nədən qaynaqlanırdı?

 Təbii ki, bu, yalnız I Avropa oyunları ilə bağlı deyil. Əvvəllər də olub,  bundan sonra da davam edəcək. Burada səbəblər çoxdu. Bəzi dövlətlərin   Azərbaycana qarşı qısqanclığı var. Bu öz yerində. Burada həmçinin dünyada bəzi dairələrin nəzarətində olan beyin mərkəzlərinin Azərbaycana qarşı çox ciddi qara planlarının olduğunun və bunun zaman-zaman həyata keçirilməsinin şahidi oluruq. Həmin qüvvələr məqamı yetişdikcə belə layihələri gerçəkləşdirməyə çalşırlar. Kifayət qədər ziddiyyətli olan bu  dairələrdə erməni lobbisinin təmsilçiləri ilə bərabər, antimüsəlman, antitürk   qüvvələri cəmləşib. 

Ötən dövrlərə diqqət yetirsək bu fikirlər təsdiqini tapar. Azərbaycanın müstəqilliyini, xüsusilə, iqtisadi müstəqilliyini heç vəchlə qəbul etməyən  qüvvələr vaxtilə nəhəng neft müqavilələri imzalanan ərəfədə belə təxribata əl atırdılar. 1994-cü ilin sentyabın 20-də “Əsrin müqaviləsi” imzalanan kimi, heç həmin sənədlərin mürəkkəbi qurumamış bəzi dövlətlərin rəsmiləri bu müqaviləni tanımadıqlarını bəyan etdilər. Bu nəhəng layihənin baş tutmaması üçün əllərindən gələni etdilər. Ancaq zaman bir daha sübut etdi ki, onların bu bəyanatları, təxribatları heç bir fayda verməyəcək.

Digər təxribat xarakterli məqamlara nəzər salaq. Onu da qeyd edək ki,  Azərbaycanda ailə institutunu dağıtmaq bir çox beyin mərkəzlərinin layihələrinin hədəfində durması şübhəsiz idi. Bu məsələlər özü kifayət qədər araşdırılma tələb edir. Çünki ailə institutunu zəifləməsi, dağıdılması millətə ən böyük zərbə vura biləcək məqamlardır. Belə təxribat xarakterli addımlar  vaxtilə nümayiş olunan əcnəbi seriallarda, bu gün internet məkanında,    xaricdən çox qaranlıq mənbələrdən maliyyələşən qrant  layihələrində, təəssüf ki genişlənən savadsızlıqda və s. özünü göstərir. 

İfrat insan azadlığı, sərbəstliyi nəticəsində geyim mədəniyyətinin əndazəni aşması əslində möhkəm ailə dəyərlərinə ciddi zərbə vurur. Bəzi valideynlər bu selin qarşısında, xaricdən idxal olunan mənşəyi və məqsədi ifrat sərbəstlik olan bu layihələrin qarşısında başlarını itirərək aciz görkəmə düşürlər. Bir çox hallarda geyim, davranış mədəniyyəti sürətlə mənfiyə doğru dəyişib. Narahatlıq  doğuran digər məqam ondan ibarətdir ki, təhsil ocaqları da bu məsələyə biganəlik göstərir. 

Dəyərli oxucular düşünəcək ki, ailə institutunun, geyim mədəniyyətinin,   bəzi dəyərli ənənələrin itməsinin, Azərbaycanın iqtisadi müstəqilliyinin I Avropa oyunları ilə nə əlaqəsi ola bilər?  Əslində cəmiyyətdə gedən bir çox proseslər bir-birilə  bağlıdır. Azərbaycana, ümumilikdə milli dəyərlərə qarşı yönələn təxribat xarakterli layihələr haqqında geniş danışmaq olar.

Ancaq bu gün cəmiyyətin ən yaxşı peyvəndi milli dəyərləri qorumaq şərtilə  təhsilin inkişafıdır. Çünki təhsilsiz cəmiyyətdə istənilən qara planların həyata keçirilməsi mümkün olur. Bu gün cəmiyyətin ən yaxşı peyvəndi Vətəndaş Cəmiyyətinin fəaliyyət sferasının genişlənməsidir. İctimai nəzarətin dərinləşməsi və ictimai qınaqla hesablaşmaq mədəniyyətinin  formalaşmasıdır.

 Bu gün cəmiyyətin ən yaxşı peyvəndi  yalnız Ramazan günlərində deyil, hər zaman insanların nəfsinə hakim kəsilməsidir. Çünki tamah, nəfs bir çox hallarda haramla halalı qarışdırır. Başqasının haqqını tapdalayır. Yaxşı bir ifadə var: “Vətəni sevmək imandandır”. Bu, əziz Ramazan günlərində Allah imanınızı kamil eləsin! 

 

 

 
 

Baxış sayı : 1988
Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13 Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb 2020-09-26 06:40:36 Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28