CƏMİYYƏT
A- A A+

İlk dəfə səs verən gənclərlə görüş keçirilib

2018-03-12 21:15:19

.

12 mart 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3-cü (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) maddəsinin icrasına uyğun olaraq “İlk dəfə səs verən seçicilər” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Piralahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva, PRİH-in şöbə müdiri İsmayıl Əliyev ilk dəfə səs verəcək rayon gəncləri iştirak etmişlər. Tədbir rəsmi və nəzəri-praktiki olmaqla 2 hissədə təşkil edildi. YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbiri giriş sözü ilə açaraq, qonaqları və ilk dəfə səs verən gəncləri salamladı. Daha sonra çıxış edən natiqlər gənclərə Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə etdilər. YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova çıxışında ümumilikdə Pirallahı rayonunda seçki ərəfəsində görülən işlər, seçkiyə hazırlıq prosesi, seçici siyahılarının hazırlanması haqqında ətraflı məlumat verdi.

Praktiki hissədə səsvermə ilə bağlı 33 saylı məntəqə seşki komissiyasının-nın sədri Xavər İsmayılova çıxış edərək seçki günü səsvermə prosesi ilə bağlı gəncləri təlimatlandıraraq onlara ilk dəfə səsvermənin necə vacib olduğunu çatdırdı.

  • @continue

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 890

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...