SİYASƏT
A- A A+

“Prezident seçkiləri ədalətli, şəffaf keçiriləcək”

2018-03-12 18:50:51

.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulandı və bunun əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi bildirildi. Görüşdə, eyni zamanda, ATƏT Parlament Assambleyası sessiyalarından birinin ölkəmizdə təşkil olunacağı məmnunluqla qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunuldu. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi.

Georgi Tsereteli Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi, Azərbaycanın iqtisadi uğurlarının böyük maraq doğurduğunu və bunun ümumilikdə bütün regionun inkişafına töhfə verdiyini vurğuladı.

Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Kateqoriya : SİYASƏT Baxış sayı : 861

QHT və MEDİA

2020-02-19 09:05:29

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığında yerləşən Par...

2020-02-18 09:55:39

QHT və MEDİA
Azərbaycan aliminin Berlin Humboldt Univ...
Azərbaycan aliminin Berlin Humboldt Univ...

Həmyerlimiz, tarixçi alim Lalə Əliyeva Humboldt Universitetinin tələbə və dok...

CƏMİYYƏT

2020-02-17 09:00:23

CƏMİYYƏT
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...
Aydın Quliyev: Dövlət başçısı Paşinyanı ...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəze...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...