SOSİAL
A- A A+

Romada Nizami Gəncəvi yaradıcılığına dair konfrans

2018-03-12 08:35:32

.

Roma şəhərinin Korsini sarayında yerləşən İtaliya Elmlər Akademiyasında XX əsrdə yaşayıb-yaratmış ölkənin nüfuzlu bəstəkarı Cakomo Puççininin “Turandot” operası ilə XII əsrin məşhur Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması arasındakı əlaqəyə həsr olunmuş konfrans keçirilib. Nizami Gəncəvinin yaradıcılığına həsr olunan sessiya İtaliya Elmlər Akademiyasının “Orta əsr məhəbbət lirikası və şərq motivi” adlı 11 illik konfrans proqramının 3-cü sessiyasına daxil edilib.

Nizami Gəncəvi poeziyası üzrə ədəbiyyat mütəxəssisi, Turin Universitetinin professoru Mariya Tereza bildirib ki, XII əsr şairi Nizami Gəncəvi böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncədə dünyaya göz açıb, multikulturalizm ideallarının ilk təmsilçilərindən biri olub, əsərlərində gender bərabərliyi haqqında fikirlər irəli sürməklə dövrünü qabaqlaya bilib.

“Nizami Gəncəvi doğma şəhərinin hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya ölkələrinin ədəbiyyatında onun yaradıcılığının güclü təsiri hələ də hiss olunmaqdadır”, - deyə Mariya Tereza bildirib.

Professor “Yeddi gözəl” poemasındakı slavyan gözəlinin qırmızı rəng haqqında hekayəsində və “Turandot” operasında hadisələrə dair aparılan müqayisəli araşdırmanın genişləndirilməsi məqsədilə beynəlxalq alimləri bir araya toplamaqla, mövzu ilə əlaqədar ilk hərtərəfli yanaşmanı təqdim edib.

Sonra Kembric Universitetindən Kristin Van Ruymbeke, “L'Orientale” Neopolitan Universitetindən Mikele Bernardini, Genuya Universitetindən Nikola Ferrari, “Mito Settembre” musiqi festivalının direktoru və musiqişünas Enso Restano çıxış ediblər. Çıxışlarda N.Gəncəvinin “Yeddi gözəl” poemasında qırmızı günbəzli sarayda yaşayan slavyan gözəlinin hekayəsi və ondan ilhamlanaraq yaradılmış çoxsaylı ədəbiyyat və musiqi əsərləri, o cümlədən, Cakomo Puççininin “Turandot” operası arasındakı əlaqənin araşdırılmasından bəhs olunub.

“Milli irsimiz” layihəsi üç istiqaməti əhatə edir - elm, təhsil və incəsənət. Elmi biliklər və məlumatlar öz əsərlərində Nizami Gəncəvinin irsini başqa cür şərh edən və dərk edən yaradıcılara ötürülür. Bununla da layihə nəsillər və coğrafi regionlar arasında körpü yaradır, dünyanın müxtəlif yerlərindən olan tərəfdaşlar və mütəxəssislər arasında əlaqə qurur. “Milli irsimiz” layihəsi Azərbaycanın mədəni irsini nümayiş etdirməsi üçün yeni yanaşma tətbiq etmək və onu daha geniş auditoriya üçün aktual və cəlbedici etməklə beynəlxalq miqyasda tanıtmaq məqsədi daşıyır”, - deyə Əsli Səmədova qeyd edib. Nizami Gəncəvinin yaradıcılığına həsr olunan tədbir İtaliyan auditoriyasında böyük maraqla qarşılanıb. XƏDİCƏ (525.az)


Kateqoriya : SOSİAL Baxış sayı : 412

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...