QHT və MEDİA
A- A A+

Yunanıstanda Xocalı haqqında sənədli film nümayiş olunub

2018-03-10 11:40:54

.

Azərbaycanın Yunanıstandakı səfirliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar faciədən bəhs edən “Zülmətdən qaçarkən” sənədli filminin nümayişini təşkil edib. Tədbirdə Yunanıstandakı diplomatik korpusun nümayəndələri, iş adamları, elm xadimləri, Yunanıstan-Azərbaycan Ticarət Palatasının, “Qala” Azərbaycan-Yunan Dostluq Cəmiyyətinin rəhbərlikləri, HAYC Gənclər Təşkilatının üzvləri və diaspor təmsilçiləri iştirak ediblər. Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev çıxış edərək Xocalı soyqırımının müasir tariximizə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olduğunu qeyd edib. O, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdiyini vurğulayıb. Xocalıya hücum zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərdən birini itirdiyi diqqətə çatdırılıb. Cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə hörmətsizlik nümayiş etdirdiyini vurğulayan diplomat Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına geri dönə bilmədiklərini qeyd edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 98

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...