MƏDƏNİ
A- A A+

“Yazılan qalacaq”

2015-06-29 09:25:06

Əməkdar jurnalist, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin publisistik məqalələr toplusundan ibarət “Yazılan qalacaq” kitabının təqdimatı və “imza günü” keçirilib

Tədbirdə alimlər, tanınmış jurnalistlər, ziyalılar, tələbə gənclər iştirak ediblər.

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən  bildiriblər ki, “Elm və təhsil” nəşriyyatında çapdan buraxılan kitabın redaktoru akademik Teymur Bünyadov, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovdur.

 

“MİRAS” İctimai Birliyinin dəstəyi ilə nəşr edilən kitaba müəllifin 2004-2014-cü illərdə müxtəlif mətbuat orqanlarında nəşr olunan elmi-publisistik məqalələri daxil edilib. Topluda ulu öndər Heydər Əliyevin mənalı ömür yolu, onun siyasi fəaliyyəti, ölkəmizdə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, müstəqillik illərində Azərbaycanın hərtərəfli, dinamik inkişafı, Xaçmaz, Quba və Qusar rayonlarının timsalında regionlarda həyata keçirilən uğurlu layihələr barədə maraqlı yazılar yer alıb. Kitabda, həmçinin müəllifin xarici ölkələrə səfərləri, Qarabağ problemi, habelə tarix və arxeologiya elminin aktual problemlərinə dair yazıları təqdim olunur.

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1730

QHT və MEDİA

2020-02-22 22:05:34

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşə...

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...