SOSİAL
A- A A+

“Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı məqalə müsabiqəsi elan edilib

2018-03-06 21:05:22

.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı məqalə müsabiqəsi elan edib.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, yazılarda 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu respublikanın müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. məsələlər əks ediləcək.

Yazılara qoyulan tələblərdə fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunur. Məqalələr 3-5 vərəq həcmində müəyyən edilib.

Müsabiqənin şərtlərinə əsasən material özbək, Azərbaycan, rus və ingilis dillərində ola bilər və yazılara AMM-də yaradılan komissiya tərəfindən baxılacaq. Müsabiqəyə bu ilin may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və fəxri diplomları ilə təltif olunacaqlar.

Ən yaxşı mükafata layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Cümhuriyyəti” guşəsinə yerləşdiriləcək və daim sərgilənəcək.


Kateqoriya : SOSİAL Baxış sayı : 191

QHT və MEDİA

2018-04-24 09:35:28

QHT və MEDİA
İkili standartlar demokratiyaya, ölkələr...
İkili standartlar demokratiyaya, ölkələr...

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təqdim et...

2018-04-22 15:40:49

QHT və MEDİA
Müharibə və ixtilaflar girdabında: dünya...
Müharibə və ixtilaflar girdabında: dünya...

Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər d...

CƏMİYYƏT

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

2018-04-21 14:05:40

CƏMİYYƏT
Erməni saxtakarlıqlarının ifşası mövzusu...
Erməni saxtakarlıqlarının ifşası mövzusu...

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...