SİYASƏT
A- A A+

"Azərbaycan İsraillə müsəlman dünyası arasında körpü yaradır" - Əli Həsənov

2018-03-06 08:20:58

.

İsrail bütün münasibətlərdə Azərbaycanın azsaylı strateji tərəfdaşlarından biridir. Hər iki ölkə hərbi-texniki istiqamətdə, ən yeni texnologiyalar və səhiyyə sahələrində əməkdaşlıq edir. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Azİz" Assosiasiyasının saytına açıqlamasında deyib.

Ə.Həsənov qeyd edib ki, İsrail mütəxəssisləri neçə ildir ki Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən, ən yeni texnologiya və avadanlıqların tətbiq olunduğu kənd təsərrüfatı, aqrar-sənaye kompleksi, sənaye sektorlarında çalışırlar: "Bizim ölkələrimizi insanlarımız da birləşdirir. İsraildə Azərbaycandan olan böyük icma yaşayır, onlar artıq İsrail cəmiyyətinə yaxşı inteqrasiya olublar və respublikamızı ləyaqətlə təmsil edirlər. Bakıdakı yəhudi icması da həm İsrail, həm də Azərbaycanla müxtəlif, o cümlədən qohumluq əlaqələri ilə bağlıdır, Prezident İlham Əliyev tərəfindən aparılan tolerantlıq siyasəti sayəsində respublikada layiqincə təmsil olunur".

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, iki ölkə arasında siyasi münasibətlər də uğurla inkişaf edir: "Parlamentarilərimiz, həmçinin hökumət üzvləri arasında yaxşı münasibətlər qurulub. Həm hökumət, həm də qeyri-hökumət təşkilatları, ictimai qurumlar və KİV-lərlə yaxşı əlaqələr var. Biz bu qarşılıqlı münasibətlərin səviyyəsindən çox razıyıq".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan son dövrlərdə İsraillə müsəlman dünyası arasında körpü yaradılması məsələsi ilə məşğuldur: "Azərbaycanın müsəlman dünyasında nüfuzu var və bundan, həmçinin öz əlaqələrimizdən, qarşılıqlı münasibətlərimizdən istifadə edərək biz yəhudi dövləti ilə ərəb dünyası arasında əlaqə qurmağa cəhd edirik. Hesab edirik ki, burada ümumi maraqlar tapmaq olar. Bu ümumi maraqlardan çıxış edərək dostluq münasibətlərinin qurulmasına bütün tərəflərin qəbul etdiyi yanaşmanı da tapmaq olar. Hər halda biz bunu etməyə cəhd göstəririk". (Trend)


Kateqoriya : SİYASƏT Baxış sayı : 544

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...