CƏMİYYƏT
A- A A+

Azərbaycan mühacirət tarixinə həsr edilmiş iki kitabın imza günü keçirilib

2018-03-05 09:40:09

“Azərkitab - Kitab Təbliğatı Mərkəzi”ndə Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, publisist Dilqəm Əhmədin kitablarının imza günü keçirilib

Gənc müəllif Türkiyədə yaşadığı dövrdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir fotolar, arxiv sənədləri toplayıb. O, mühacirlərin ailə üzvləri ilə əlaqə quraraq, onların şəxsi arxivlərində saxlanılan və bu günə kimi geniş ictimaiyyətə məlum olmayan sənədləri əldə etməyə müvəffəq olub. Tədqiqatçının dörd il ərzində topladığı materiallar “TEAS Press” Nəşriyyat Evi tərəfindən “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çapdan çıxıb.

Müəllif bildirib ki, “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında nadir materiallar təqdim edilib. Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.

Müəllifin “Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Kitabda Cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazıçı və şairlərin həyatına dair fotolar və məlumatlar da ilk dəfə olaraq kitabda təqdim edilib.

“Azərkitab - Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və digərləri Prezident İlham Əliyevin bu il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının bu tarixi qərarı dövlətçilik tariximizdə ən önəmli hadisələrdən biridir. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında iştirakçılara ətraflı məlumat verilib, tariximizin bu şanlı səhifəsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 423

QHT və MEDİA

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...