SİYASƏT
A- A A+

Multikulturalizmin Azərbaycan modeli Romada təqdim olunub

2018-03-05 08:55:07

.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Romada İtaliya Nazirlər Şurası İnstitusional Tədqiqatlar və Münasibətlər Ofisinin rəhbəri Anna Nardini, Daxili İşlər Nazirliyinin Mülki Azadlıqlar və İmmiqrasiya Departamenti müdirinin müavini Karmine Valente, İslam Mədəniyyəti Mərkəzinin İdarəetmə Şurasının sədri, İtaliya parlamentinin üzvü Xalid Çaouki və İtaliya Yəhudi İcmaları İttifaqının prezidenti Noemi di Segni ilə görüşlər keçirib.

Görüşlərdə şöbə müdiri Azərbaycanın dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı siyasəti, ölkəmizdə tarixən multikultural ənənələrin mövcud olması, müxtəlif dini və etnik icmaların sülh şəraitində yaşaması, xüsusən də müasir dünyada dini və milli zəmində baş verən münaqişələrin fonunda multikulturalizmin Azərbaycan modelinin xüsusi əhəmiyyət kəsb etməsi barədə məlumat verib.

İtaliya rəsmiləri dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı İtaliyanın siyasəti və təcrübəsi barədə məlumat verib, Azərbaycan tərəfinin sözügedən sahələrdə böyük təcrübəsinin öyrənilməsinə maraq göstərdiklərini söyləyiblər.

Səfər çərçivəsində Etibar Nəcəfov İtaliyanın nüfuzlu Sapienza və Link Kampus universitetlərində də olub. O, Sapienza Universitetində Sapienza Fondunun prezidenti Antonello Biacini, Link Kampus Universitetində isə bu ali təhsil müəssisəsinin rektoru, İtaliyanın sabiq xarici işlər və daxili işlər naziri Vinçenzo Skotti ilə görüşlər keçirib. O, həmçinin hər iki universitetdə tələbə-magistr və professor-müəllim heyəti qarşısında “Multikulturalizm Azərbaycanın dövlət siyasəti kimi” mövzusunda mühazirə ilə çıxış edib. Şöbə müdiri mühazirəsində ölkəmizdəki multikulturalizmin tarixi kökləri, mövcud vəziyyəti, bu sahədəki dövlət siyasəti və multikulturalizmin qanunvericiliklə tənzimlənməsi, habelə multikulturalizmin Azərbaycanın daxili və xarici siyasətində əks olunması haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Mühazirə çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində hazırlanmış “Azərbaycan: Tolerantlıq diyarı” adlı videoçarx nümayiş etdirilib. Etibar Nəcəfov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdirdiyi “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitablarını İtaliya rəsmilərinə, həmçinin universitetlərin kitabxanalarına təqdim edib.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 347

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...