QHT və MEDİA
A- A A+

Elə yaz ki...

2018-03-02 12:05:52

.

Dahi Cəlil Məmmədquluzadə demişdir: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi uğrunda mübarizə aparmaqdan ibarətdir!” Azərbaycanın kütləvi informasiya vasitələrində kifayət qədər təcrübəli, vətənpərvər insan çalışır. İstər teleradioda, istərsə də elektron mediada ölkəmizin qürur duyduğu jurnalistlər var. Təəssüflər olsun ki, bəzən “milçəyi fil edən” qələm əhli var. Kimsəyə sirr deyil ki, iş olan yerdə nöqsan da olacaq. Bu o demək deyil ki, həmin işin sahibi Vətənini, öz iş yerini sevmir və s. Göyçay rayonu kənd təsərrüfatı sahəsində ixtisaslaşıb.

Zəhmətkeş əhalisi var. Təxminən 3 ildi Mehdi Səlimzadə bu rayona rəhbər təyin edilib. Mehdi müəllim uzun müddət Ədliyyə Nazirliyi sistemində çalışıb. Ölkə ərazisində bələdiyyə sisteminin qurulmasında müstəsna xidmətləri var. Mehdi Səlimzadəni dərindən tanımasam da rayonda yaşayan dostlarım tərəfindən İcra başçısının işgüzar insan olduğunu təsdiqləyənlər çoxdur. Bu yaxınlarda 20 Yanvar facisənin 28 və Xocalı soyqırımının 26-cı ildönümləri ərəfəsində ərəfəsində rayonda tədbir keçirərkən rayon rəhbərliyi tərəfindən qaçqın və məcburi köçkünlərə lazımi dəstək göstərildiyinin şahidi oldum.

Yığıncaq zamanı və ondan sonra Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkünlər-Rəhman Əhmədov, Mustafa Hümbətov, Məsumə Cəlil qızı Hümbətova, “İgidliyə görə medalı”na layiq görülmüş Xocalı şəhidi Rasif Məmmədovun ömür-gün yoldaşı Təranə Məmmədova, Xocalı rayonunun Kosalar kəndindən gənc şair Teymur Valeh və başqaları Göyçay rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadədən razılıq etdilər.

Ölkədəki elektron medialardan birində İcra başçısı M.Səlimzadənin şəhər mərkəzindəki 100-200 yaşlı ağacları bir gecədə kəsdirdiyi, öz biznesini artırmaq üçün bütün imkanlardan istifadə etdiyi bildirilir. Mən hələlik bu barədə bir söz deməyəcəm. Yaxın günlərdə Göyçay rayonuna səfər etmək qərarına gəlmişəm. Öz gözlərimlə gördükdən sonra daha geniş məqalə yazmaq fikrindəyəm. Ancaq, başçının yaxın qohumu Əli Cəbrayılov haqda deyilən iftiranın ağ yalan olduğunu bildirirəm. Ə.Cəbrayılov Göyçay rayon sakinidir, 23 yaşı var. Gəncə Texnologiya Universitetini bitirib. Sadəliyi, səmimiliyi ilə mənim xüsusi hörmətimi qazanıb.

Ə.Cəbrayılovla məni Göyçay rayon sakinləri Hacı Əlican, Rauf, Zaur, Vüsal, Məşədi Vidadi Mirzəyevlər tanış edib. Əli müəllim qürur duyduğum gənclərdəndir!

Şamil Sabiroğlu, Fact-info.az və Xebertv.az saytlarının xüsusi müxbiri, Qarabağ qazisi, “Tərəqqi” medalının mükafatçısı


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 799

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...