QHT və MEDİA
A- A A+

Belçika mətbuatında Xocalı soyqırımına həsr olunmuş məqalə dərc edilib

2018-03-02 09:30:25

.

Fevralın 28-də Belçikanın ingilis dilli “The Brussels Times” jurnalının rəsmi internet səhifəsində Xocalı soyqırımına həsr olunmuş “Azerbaijan commemorates the victims of Khojaly massacre” başlıqlı məqalə dərc edilib. Məqalədə, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi, qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu qeyd olunur.

Yazıda, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın digər ölkələrində yad edildiyi, bu faciənin Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğu vurğulanır, xüsusi amansızlıqla törədilən soyqırımın acı nəticələri barədə ətraflı məlumat verilir. Dəhşətli hadisədən 26 il ötməsinə baxmayaraq, Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı və bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilmədiyini vurğulanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsindən bəhs edilir.

Məqalədə həmçinin azərbaycanlıların dəfələrlə erməni təcavüzünə məruz qalmalarının dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsinə nail olmaq məqsədilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başladıldığı və bugünədək kampaniyaya 120.000 insan və 115 təşkilatın qoşulması barədə məlumat verilir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 389

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...