MƏDƏNİ
A- A A+

Nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq

2018-03-01 12:10:21

Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloq hazırlanacaq

Fact-info.az-ın APA-a istinadən verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən İqtisadiyyat Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Xalça Muzeyi, “Azərxalça” ASC 2018-2019-cu illərdə kataloqun hazırlanmasını təmin etməlidir. Eyni zamanda İqtisadiyyat Nazirliyi, “Azərxalça” ASC, Mədəniyyət və Turizm Nazirliyinə 2018-2019-cu illərdə İtirilmə təhlükəsi olan nadir Azərbaycan xalçalarının və xalça məmulatlarının müasir üsullarla bərpasına dəstək mexanizmləri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi tapşırılıb. Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” ASC mütəmadi olaraq xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyət həyata keçirməlidir.

Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi, “Azərxalça” ASC 2018-2019-cu illərdə Bakıda və regionlarda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının turizm nümayiş obyekti kimi Azərbaycanın mədəni turizm marşrutlarına daxil edilməsi və turizm informasiya mərkəzləri vasitəsilə xalçaçılıq irsinin təbliğ edilməsini təmin etməlidir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 651

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...