SİYASƏT
A- A A+

Xocalı qətliamı və Qarabağ məsələsi ilə bağlı konfrans və sərgi keçirildi

2018-03-01 10:15:38

.

PAÜ Konqres və Mədəniyyət mərkəzində Pamukkala Universiteti, PAÜ Sağlıq, Mədəniyyət və İdman Dairə Başqanlığı və Türk Ocaqları Dərnəyi Dənizli şöbəsi tərəfindən təşkil olunan Azərbaycan Demokratik və İnsan Hüquqları İnstitutunun direktoru Əhməd Şahidov, Azərbaycan Reformcu Gənclər Birliyi rəhbəri Fərid Şabhazlının qatıldığı Xocalı qətliamı və Qarabağ məsələsi mövzusunda "Türkün qara gecəsi" adlı rəsm sərgisi və konfrans keçirilib. Tədbir rəsm sərgisinin açılışı ilə başlayıb. Pamukkala Universitetinin prorektoru professor Rafet Qılıncarslan, Türk Ocaqları başqanı Ünal Bahadır Baylan başda olmaqla iştirakçılar sərgini gəziblər.

Konfransa Rafet Kılınçarslan, Ədəbiyyat fakültəsi dekanı, professor Ertuğrul İşler, Texnologiya fakültəsinin dekanı, professor Ali Aydın, Mühəndislik fakültəsinin dekanı, professor Yahya Tülek, Hüquq fakültəsinin dekanı, professor İbrahim Organ, PAÜ məsul katibi, dosent Mehmet Ali Sarı, Türk Ocaqları Başqanı Ünal Bahadır Baylan, Denizli Ülkü Ocaqları Başqanı Yaşar Hisarlıoğlu, Türk Eğitim - Sen Denizli şöbəsi başqanı Emre Erdoğan, Türk Eğitim - Sen Pamukkala Üniversiteti şöbə başqanı Ferhat Ağırman, Türk Sağlık-Sen ilə Türkiyə Kamu Sen Dənizli il başqanı Raif Kurşunoğlu, TÜRKAV Denizli şöbə başqanı Ahmet Aykol, Denizli Böyükşəhər Bələdiyyəsi Mədəniyyət, Turizm və Tanıtım dairəsi başqanı Hüdaverdi Otaklı qatılıblar.

Konfransın ilk məruzəsini Azərbaycandan Fərid Şahbazlı edib. O, məruzəsində Qarabağ probleminin səbəblərinə toxunaraq Xocalı facisəinə yol açan hadisələrdən bəhs edib. Əhməd Şahidov məruzəsində 1992-ci ildə törədilən Xocalı qətliamının insanlığa qarşı cinayət olduğunu vurğulayaraq bir gecədə 613 nəfərin öldürüldüyünü xatırladıb. Rafet Qılıncarslan Əhməd Şahidova, Mehmet Əli Sarı Fərid Şahbazlıya konfransdakı fəal işlərinə görə təşəkkürnamələr təqdim ediblər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 668

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...