SİYASƏT
A- A A+

“Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir”

2015-06-26 09:30:11

Ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır

Beynəlxalq hüquq normaları kobud şəkildə pozulur, dünya ictimaiyyəti buna laqeyd münasibət bəsləyir, 20 il keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir”.
 APA-nın məlumatına görə, bunu bu gün Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.
 Dövlət başçısı bildirib ki, bu, dövlətimiz və xalqımıza qarşı böyük ədalətsizlikdir: “Əminəm ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytaracaq. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilmir, Azərbaycan öz yolu ilə gedir, xalqımız öz taleyinin sahibidir”.
Təmas xəttindəki vəziyyətdən danışan prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu təmas xəttində də tam üstünlük əldə edib: “Müstəqillik bizim ən böyük sərvətimizdir. Bütün uğurlarımızın əsasında məhz bu amil dayanır. Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir, biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır”. 

 
 


Kateqoriya : SİYASƏT Baxış sayı : 958

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...