MÜSAHİBƏ
A- A A+

Rafiq Quliyev: “Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng və zəngindir”

2018-02-28 10:30:17

Fact-info.az saytının bugünkü qonağı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyevdir

Xatırladırıq ki, O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini Bakıdakı məşhur “Əzimzadə məktəbi” ndə almışdır. Həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirəndən sonra o, 1980-ci ildə təyinatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində (indiki Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz) işə başlamışdır. Bu gün o həmin müəssisədə şöbə müdiri vəzifəsində çalışır

Onu qeyd edək ki, sonrakı dövrlərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq Quliyev ötən illərdə respublikanın müxtəlif güşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı özü də yaradıcılıqla məşğul olmuş, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan Rəssamlar İtttifaqının üzvü olan Rafiq Quliyevin əsərləri vaxtaşırı müxtəlif miqyaslı yerli və xarici sərgilərdə uğurla nümayiş olunmuşdur.

Həmçinin Rafiq müəllim Azərbaycan təsviri sənətinin problemlərinin tədqiqatı ilə məşğul olaraq bir sıra kitablar yazmışdır. Onun “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” , “Təsviri sənətdə insan dünyası”, “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı və digər əsərləri Azərbaycan mədəniyyətinə, sənətşünaslığına böyük töhfədir. Təsviri sənətdə, tarix və şəxsiyyət mövzusu incəsənətin bu vaxta kimi tədqiq olunmamış sahələri ilə məşğul olan Rafiq müəllimin əsərləri müasir dövrdə çox aktualdır. Müstəqil Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi üçün tarix və şəxsiyyət mövzusunda yazılan belə əsərlər geniş auditoriyaya zəngin informasiya verir. Rafiq Quliyevin tədqiqatlarında “Qrafika” bölməsi mühüm sahədir. Bu bölmədə tariximizin izləri yaşayır, ayrı-ayrı görkəmli şəxsiyyətlərimizin portretləri əks olunub. Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab kimi rəssamların əsərlərində tarixi şəxsiyyətlər, müxtəlif mərasimlər əks olunmaqla, onlar haqqında çox zəngin təəssüratlar var. Nəvvabın “Şuşada Aşura mərasimi”, “Əmir Teymurun portreti”, M.Q. İrəvaninin “Fətəli şahın portreti” əsərləri bu baxımdan çox dəyərlidir.

Nəhayət, Rafiq müəllimin elmi tədqiqatları və digər məqamlarla bağlı onun öz fikirlərinə diqqət yetirək.

-Kitablarımda Qobustan Tarixi Qoruğundakı daşüstü rəsmlərdən tutmuş ta bu dövrə qədər yaradılan tarixlə bağlı əsərlərə nəzər salınıb. Bu mövzulu əsərlərə konkret tarixi baxımından yanaşılıb, onlar təhlil olunub, Qayaüstü rəsmlərin icra manerasındakı qeyri-adi şərtiliklər göstərir ki, həmin rəsmlər qədim insanların hələ üzərindən sirr pərdəsi tam götürülməyən və bəlkə də nə vaxtsa mövcud olmuş ibtidai sənət intibahının bu günə çatmış görüntüləridir. Bu gün bəşəriyyətin ortaq mənəvi sərvətinə çevrilən və dünyanın müxtəlif xalqlarına məxsus olan Misir ehramları, antiq yunan məbədləri, məşhur Cin səddi, “Mona Liza” tablosu, “David” heykəli və digər heyrətamiz sənət inciləri sırasına birmənalı olaraq azərbaycanlı sənətkarların təxəyyülünün nəticəsi olan Qız Qalasını, Mömünəxatun türbəsi və Şəki Xan Sarayı, “Şeyx Səfi” xalısını, Təbriz sənətkarlarının yaratdıqları miniatürləri də daxil edə bilərik. Doğrudan da, Azərbaycanın bu sənət abidələri canlı tarixdir və bu gün onlar tariximizin tədqiqi üçün zəngin fikir formalaşdırır.

-Vətənpərvərlik mövzusunda hansı yaradıcılıq işləriniz var?

-Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən müxtəlif səpkili işlərim var. Ümumiyyətlə, yurd itkisi sənətkar üçün daha ağrılı, daha əzablı olur. Cəbrayılın işğalı çox ağrılı anlarımdır. Uşaqlığımın, gəncliyimin keçdiyi, bütün ruhumla bağlı olduğum, hər qayası, hər daşı xatirimdə iz buraxmışdı. İndi o torpaqlara həsrət qalmışıq. Həmin torpaqları xatırladıqca, qəlbimdəki həsrət dolu kövrək hisslər məni rahat buraxmır. Bu hisslərim həsrət yüklü sənət əsərlərimə çevrilir. Çalışmışam ki, vətənpərvərlik ovqatı yaradıcılığımda əks olunsun. Mənim yardıcılığımda Azərbaycanımıza, onun gələcəyinin möhkəm təməlini qoyan, müstəqilliyimizin əbədiliyini təmin edən Ulu Öndər Heydər Əliyevə məhəbbət hissi çox böyükdür. Məhz o böyük şəxsiyyətin qayğısı nəticəsində mən təhsilimi başa vurduqdan sonra mədəniyyət sahəsində çalışdım, xeyli uğurlara nail oldum. Bu gündə biz Prezidentimiz İlham Əliyevin sənətimizə qayğısını hər zaman hiss edirik. Bu da bizim yaradıcılıq uğurlarımıza təkan verib.

-Sərgiləriniz haqqında nə deyə bilərsiniz?

-Mən həmişə rəssamlığı ilahi sənətlərdən hesab etmişəm və yeganə sənətdir ki, rəssam öz əsərini tamaşaçı ilə heç bir vasitə olmadan üz-üzə qoyur. Və bu anda qarşımdakı əsər sənə hər şeyi deyir. Rəssamlıq nə musiqi deyil, nə də kino. Onun ifaçısı, yaxud şərikli müəllifi olmur. Onu deyim ki, bu vaxta qədər xeyli sərgilərim olub. Sonuncusu isə 2017-ci ilin dekabrın 5-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı fərdi sərgim oldu. Tədbirdə ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov, ARİ-nin məsul katibi Rafiq Kərimov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, professorlar Asif Rüstəmli, Vidadi Xəlilov və başqaları iştirak edərək fikirlərini bildirdilər. Həmin sərgidə mənim müxtəlif janrlarda yağlı boya ilə çəkdiyim 80-ə yaxın əsər nümayiş olundu. Belə səgilər 2018-ci ildə də davam edəcək. Həm Azərbaycanın bir sıra şəhərlərində, həm də xarici ölkələrdə belə sərgilərim geniş auditoriyata təqdim olunacaq.

-Rafiq müəllim, yaradıcılıq sahəsində kifayət qədər aktiv insansınız. Həmçinin cəmiyyətdə gedən prosesləri izləyirsiniz. Bu barədə fikirləriniz necədir?

-Onu qeyd edim ki, ölkəmizdə gedən bütün inkişaf proseslərini bir ziyalı olaraq izləyirik. Bütün uğurlara görə sevinirik. Həmçinin ölkəmizin həyatında əlamətdar hadisə sayılan seçki prosesini izləyirik. Azərbaycan prezident seçkilərinə bütün sahələrdə qazanılmış uğurları ilə gedir. Söz yox ki, bu nailiyyətlər arasında mədəniyyətimizin də öz yeri vardır. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Xalqımızın bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng və zəngindir. Bu zəngin mədəni irsin qorunması və təbliği müstəqil Azərbaycan dövləti tərəfindən davamlı olaraq dəstəklənir.

-Mədəniyyət sahəsində gerçəkləşən layihələr haqqında fikirləriniz necədir?

-Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirməyə başlamışdır. Azərbaycan mədəniyyəti və incəsənəti dünya miqyasında ölkəmizi geniş miqyasda tanıtmaqdadır. UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı sivilizasiyalı bir ölkə kimi böyük nüfuza malikdir. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun Ümumdünya Maddi - Mənəvi İrs Siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin dünyada tanınmasında rolu çox böyükdür. Görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir. Azərbaycan ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də rolu vardır. Azərbaycanın mədəniyyət xadimləri mədəniyyətimizin inkişafı üçün hər zaman çalışırlar. Bu gün həqiqətən milli-mənəvi dəyərlərimizə böyük dövlət qayğısı var və bu qayğı ildən-ilə artmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. İncəsənətin bütün növləri dövlət tərəfindən dəstəklənir. Bu dəstək vardır, gələcək illərdə bundan da artıq olacaqdır. Mən də Yeni Azərbaycan Partiyası qurultayının prezident seçkiləri ilə bağlı qərarını dəstəkləyirəm. Bütün mədəniyyət xadimləri bu qərara böyük həssaslıqla və məsuliyyətlə yanaşırlar.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1698

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...