MƏDƏNİ
A- A A+

Eşq pərdəsində gəzişmələr

2018-02-27 23:40:12

150 il əvvəl Seyid Əzimin mübarək qələmi musiqidəki ilahi hikmətləri söz-söz açmışdı

Ustad buyururdu ki, guş qıl, yəni, eşit, dinlə, göylərdən gələn gizli ismarışları musiqinin dilindən al. Əgər hal əhli olsan, musiqi səni özündən ayırıb başqa bir dünyanın qonağı edəcək. Onda görəcəksən ki, tarın, neyin hər bir sədası Allahın adlarını zikr edir. Amma gərəkdir ki, musiqi əsl musiqi ola və onu ifa edən nəğməkarın da Həzrəti İsa dəmi tək bir dəmi ola. Yəni, müğənnidə elə bir qüdrət ola ki, Həzrəti İsa insanları diriltdiyi, cisminə can verdiyi kimi, o da dinləyənin - zövq əhlinin ruhunu dirildə, içini təzələyə.

Tut bərabər dəmi-İsayə müğənni dəmini,

Qılıb ehya özüvi seyr elə ruh aləmini…

Yəni, bu sənət bir ibadətdir, sadiqləri sevir. Yəni, bu yol eşq yoludur, aşiqlər üçündur. Səsi, qəlbi, ruhu, duyğusu olanlar üçündür. Cahilin, qəlbsizin, ruhsuzun bu yolda nə işi var axı? O səslər bizi öz izinə salıb aparır ki, içində böyük eşq işığı var. Səs haqqında danışmaq, yəni səsi sözə çevirmək bir az çətindir. Amma bu səs elə özü haqqında hər şeyi danışır. Çox yox, elə bir-iki nəfəsdən o işıq parlayır. Hələ o səsi dinləməmisinizsə, ərkyana bir xahiş edim – mütləq dinləyin. Yox, əgər siz Emil Rəhmanov adlı möcüzədən xəbərdarsınızsa, deməli, o eşqin zövqünü dadmısız, deməli, nə vaxtsa o büllur səsin qanadlarında ərşi - əlaya qalxmısız və …

Asudə ruhlar kimidir bu səs – hara istəsə qona bilir. Bir az Hacıbaba boğazı var, bir az Akif nəfəsi. Amma onların heç biri deyil. Özüdür. Həm də hamımızıq – mənəm, sənsən. Bizim içimizdəkilərdi, səs donuna girib oxuyur. Yəni bu dərəcədə yaxındı, əlçatandı. Amma həm də o qədər uzaqdi ki, sanki bizim bilmədiyimiz, tanımadığımız bir dünyanin içindən boylanır. Nədir bu səsin oxuduqları - nəğmədir, haraydır, zikrdir, duadır? Bəlkə ruhun gəzişmələridir – bəmdə, zildə, mayədə? Hər nədirsə, adi oxumaq deyil, oxumağın üst qatıdır, eşq məqamıdır, yəni, bundan o tərəfi yoxdur. Dinləyicilərdən biri onu təhlükəli ifaçı adlandırmışdı. Həqiqətdir. O baxımdan ki, insanı içəridən ilmə-ilmə sökür, dağıdır, sonra özünə gəlmək, bərpa olmaq, ayağa durmaq var axı…

Klassik ifaçılarımızın böyük əksəriyyətinin sənət yolu ilə tanışam. Heç birinin taleyi hamar olmayıb. Ağrı da görüblər, itki də, hədə də, təhqir də. Ancaq mütləq hər birinin həyatında işıq yandıran insanlar olub – Üzeyir bəy kimi, Müslüm bəy kimi, Sarabski kimi. Arxa-dayaq olublar, qapı-qapı gəzib minnətçi düşüblər, səhnəyə gətiriblər, xərclərini ödəyiblər, təki istedad itib-batmasın, təki səhnəmiz qazansın. Hərdən düşünürəm ki, kaş Emil 70-80 il əvvəl dünyaya gələrdi, o xeyirxahların qayğısına sığınardı. Ya da kaş ötən əsrin 60-70-ci illərində - Azərbaycan estradasının ən şöhrətli, ən fərəhli çağlarında yaşayaydı bu ifaçı. Kaş Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Əhmədov, Rafiq Babayev bu səsi eşidəydi, tanıyaydı. Köhnə Bakının kübar musiqi məclislərinin yuxarı başında yeri olardı bu səsin. Naxışı başqa cür gətirərdi bu səsin...

Amma bu möcüzə-səs bizim bəxtimizə çıxıbsa, deməli bizim naxışımız daha çox gətirib. İlin-günün bu çağında bir ləhni-Davud gəlib düşüb aramıza. Bizə qalır bu yüksək əyarli səsin, sənətin dəyərini bilmək, bu incinin əsl xiridarı olmaq. Və bir də, Seyid Əzim demiş, bu dürlə, inciylə dolu peymanəni nadan əlinə vermək olmaz. Bu piyalə ancaq sənət sevdalılarının əlində olmalıdır ki, damla-damla içib o sonsuz eşq işığına doğru qanadlansınlar. İçək eşq müjdəçisi olan bu Səsin, bu ruhun sağlığına!

Xuraman Həsənova


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 663

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...