SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: "Xocalı faciəsi erməni faşizminin təzahürü idi"

2018-02-26 22:45:26

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib

Müsahibə fevralın 26-da telekanalın Xocalı soyqırımı ilə əlaqədar efirə gedən reportajında yer alıb. Müsahibəni təqdim edirik.

Müxbir: İlham Heydər oğlu, ağır səhərdir. Hansı düşüncələrlə buraya gəlmisiniz, hansı fikirlərlə yuxudan oyanmısınız? Deməliyəm ki, Rusiyada rusiyalılar bu faciəni xatırlayırlar və bu günü ehtiramla yad edirlər. Hansı düşüncələrlə bu gün buraya gəlmisiniz?

Prezident İlham Əliyev: İlk növbədə, belə bir gündə bizimlə birlikdə olmaq və Azərbaycan xalqının faciəsinə münasibət bildirmək üçün Bakıya gəldiyinizə görə sizin telekanala təşəkkür etmək istəyirəm. Mən bunu çox yüksək qiymətləndirirəm və buna görə sizə minnətdaram. Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi.

Bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir. Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir. Bu günlər Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət “dəyirmi masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz - hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik.

Müxbir: İlham Heydər oğlu, bu müsahibəyə, bizimlə vaxt tapıb görüşdüyünüzə görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Müxbir: Bu, dövlət üçün kədərlidir.

Prezident İlham Əliyev: Bu gün bizimlə burada olduğunuza görə bir daha sizə təşəkkür etmək istəyirəm. Çox sağ olun.

Müxbir: İştirak etməkdən məmnun olduq. (Azadinform)


Kateqoriya : SİYASƏT Baxış sayı : 869

QHT və MEDİA

2020-01-21 18:55:30

QHT və MEDİA
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ m...

Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini özünü...

2020-01-21 08:50:48

QHT və MEDİA
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...
Qorbaçov törətdiyi əməllərə görə gec-tez...

20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qəhrəmanlıq ...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-22 11:35:39

CƏMİYYƏT
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...
İsraildə Milli Qəhrəmanımız Albert Aqaru...

Fevralın 2-də İsrailin Təl-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbə...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...