MƏDƏNİ
A- A A+

“Xalq Əmanəti” layihəsi çərçivəsində “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi ictimaiyyətə təqdim olunub

2018-02-26 09:35:50

“Xalq Əmanəti” layihəsi çərçivəsində “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi ictimaiyyətə təqdim olunub

Təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Xalq Əmanəti” layihəsi çərçivəsində görülən işləri yüksək qiymətləndirib, nəşrin hazırlanmasında əməyi olan alim və tədqiqatçıları təbrik edib. Qeyd edib ki, yüksək tirajla nəşr olunan üçcildlik aşıq sənətini istər ölkəmizdə, istərsə də dünyada təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. Akademik ölkəmizdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan söhbət açaraq ümummilli lider Heydər Əliyevin bu sahədə tarixi xidmətlərini vurğulayıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına diqqət və qayğısı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənəti dünya miqyasında tanınır. Məhz onun səyi və yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildən Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, Azərbaycan xalqının mədəni irsinin sütunlarından olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq ədəbiyyatı antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlərin lüğəti öz əksini tapıb.

Filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev yüksək poliqrafik keyfiyyətə malik toplunun məziyyətlərindən danışıb. Qeyd edək ki, “Xalq Əmanəti” layihəsi 2010-cu ildən etibarən həyata keçirilir.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 936

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...