2018-02-24 11:15:19 | QHT VƏ MEDİA
XX əsrdə azərbaycanlıların soyqırımı: Şamaxı və Xocalı

Şamaxıda Prezident yanında Bilik Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “XX əsrdə azərbaycanlıların soyqırımı: Şamaxı və Xocalı” mövzusunda “dəyirmi masa” keçirilib

Fact-info.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Xocalı soyqırımını əks etdirən sənədli film göstərilib. Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babəli Qədirov “dəyirmi masa”da çıxış edərək 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli qətliamın Azərbaycan tarixinin qanla yazılmış səhifələrindən olduğunu söyləyib. Diqqəti Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına cəlb edən natiq bu Sərəncamın erməni daşnakları tərəfindən zaman-zaman azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasətinin, soyqırımların əsl mahiyyətinin açılmasında, həqiqətlərin araşdırılaraq üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. B.Qədirov Prezident İlham Əliyevin, eləcə də birinci xanım Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində gördükləri işlərdən danışıb. Baş məsləhətçisi Bilik Fondu ilə birlikdə həyata keçirilən bu cür maariflənmə tədbirlərinin əhəmiyyətini də vurğulayıb.

“Dəyirmi masa”da Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Kitabxanasının direktoru, tarix elmləri namizədi Əliağa Cəfərov “Xocalı qırğını: səbəblər, nəticələr” mövzusunda çıxış edərək bildirib ki, həmin gecə keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının zirehli texnikasının köməyi ilə erməni silahlı quldur dəstələri Xocalını mühasirəyə alaraq hər tərəfdən atəşə tutub, şəhəri dağıdaraq sakinləri insanlıq adına ləkə olan xüsusi amansızlıqla məhv ediblər.

Ə.Cəfərov bu günlərdə işıq üzü görən “Qırğın” kitabını Heydər Əliyev Mərkəzinə təqdim edərək vurğulayıb ki, kitabın hər səhifəsində Xocalı qırğınında şəhid olan həmvətənlərimizin ruhu yaşayır, o qanlı gecənin dəhşətlərini yaşayan insanların acı xatirələri dil açıb danışır. Xocalıda törədilən faciənin 1918-ci ildə Şamaxıda da yaşandığını diqqətə çatdıran Bilik Fondunun sektor müdiri Hacı Abdulla yüz il bundan əvvəl ermənilərin həyata keçirdikləri qətliamlardan danışaraq deyib ki, əslində Azərbaycan xalqının bütün faciələri XIX əsrin əvvəllərində çar Rusiyasının Qafqazı işğalı, erməni əhalisinin torpaqlarımıza köçürülmələri ilə başlanıb. 1918-ci il aprelin 10-da Bakı qırğınlarında ağlasığmaz vəhşilikləri ilə məşhur olan Stepan Lalayev və Tatevos Əmirovun başçılığı ilə top və pulemyotlarla silahlandırılan erməni-daşnak qoşunları hazırlıqsız, silahsız şamaxılıları gülə-boran ediblər. Müsəlmanların təhlükə zamanı məscidlərə - Allahın evinə sığınmaq adətini yaxşı bilən şamaxılı S.Lalayevin əmri ilə erməni əsgərlər şəhərin bütün məscidlərini mühasirəyə alıb, bir çox hallarda özləri şəhər sakinlərini - qadın, uşaq və qocaları məscidlərə yığıb, sonra od vurublar.

Məscidlərdən çıxmağa və xilas olmağa çalışanlar güllələniblər. Bu məscidlərdə 2000-ə qədər Şamaxı sakini diri-diri yandırılıb. Ümumilikdə isə Şamaxıda iki dəfə törədilən azərbaycanlı qırğınları zamanı şəhərin 21127 nəfər müsəlman əhalisindən 10 minə yaxını qətlə yetirilib. Şamaxı qırğınları yalnız şəhəri deyil, qəzanın kəndlərini də əhatə edib və 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam edib. Həmin dövrdə Şamaxı qəzasının 106 kəndi yandırılıb və dağıdılıb. 110 kəndin sakinləri isə erməni quldur dəstələrinin hücumundan zərər çəkiblər.

“Dəyirmi masa”da Şamaxı Regional Dövlət Kollecinin müəllimləri Vaqif Eyyubov, Təranə Mütəllibova, Sabir adına qəsəbə tam orta məktəbin müəllimi Vəfa Vahidova və başqalarının çıxışlarında azərbaycanlıların soyqırım tarixinin sistemli şəkildə öyrənilməsi, tədqiqi, təbliği, tədrisinin vacibliyi qeyd edilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Baxış sayı : 1154
Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56