SİYASƏT
A- A A+

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

2018-02-24 10:45:27

.

ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar etiraz aksiyası keçirib. Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və ətrafda yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

Aksiya zamanı “Ermənistan qeyri-müstəqil nökər dövlət”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri”, “Ermənistan vassal dövlətdir”, “Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa riayət et!”, “Sarkisyan, Ohanyan cinayətkardırlar” və sair şüarlar səslənib.

Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıblar. Onlar, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.

Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbləri ilə bağlı hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 11 ildir ki ABŞ ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq üçün hər il bir neçə kampaniya keçirir.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 200

QHT və MEDİA

2018-04-26 15:50:56

QHT və MEDİA
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...

Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkə...

2018-04-26 08:30:14

QHT və MEDİA
Komitə sədri xaricdəki azərbaycanlılara ...
Komitə sədri xaricdəki azərbaycanlılara ...

APA-nın məlumatına görə, müraciətdə bildirilir: “Əziz dostlar və xaricdə yaş...

CƏMİYYƏT

2018-04-26 09:05:06

CƏMİYYƏT
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...

İlk növbədə, bu səbəblər onunla bağlıdır ki, Serj Sarkisyanın yaratdığı rejim...

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...