SİYASƏT
A- A A+

XİN: "Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir"

2018-02-23 20:10:58

.

"Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik. Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil". APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan XIN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma “erməni soyqırımı”nın tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir:

"Çünki I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırım törədilib. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğal nəticəsində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayət əməlləri və soyqırım aktları törədilib, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə bir milyondan artıq Azərbaycanlı qanlı etnik təmizləməyə məruz qoyulub.

Bunların içərisində ən dəhşətlisi isə 1992-ci ilin 26 fevral tarixində Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin şəxsən iştirakı və komandanlığı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı soyqırımıdır. Niderland Krallığı Nümayəndələr Palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edirik".


Kateqoriya : SİYASƏT Baxış sayı : 874

QHT və MEDİA

2020-01-28 09:05:45

QHT və MEDİA
Əli Məsimlinin seçiciləri ilə növbəti də...
Əli Məsimlinin seçiciləri ilə növbəti də...

Görüşdən əvvəl deputatlığa namizəd Əli Məslimlinin qərargahının könüllüləri ...

2020-01-27 20:45:22

QHT və MEDİA
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...
Azay Quliyev 7-ci mikrorayonda seçicilər...

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev b...

CƏMİYYƏT

2020-01-28 09:35:07

CƏMİYYƏT
Dünya şöhrətli iki soydaşımızın birgə ki...
Dünya şöhrətli iki soydaşımızın birgə ki...

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi səl...

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...