SİYASƏT
A- A A+

"Beynəlxalq ictimaiyyət Qarabağ məsələsinə yanaşmasını dəyişməlidir"

2018-02-23 10:15:32

.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır. Bu, anlaşılandır. Lakin ölkələrin ictimaiyyətinin istənilən kompromis qərarlara hazırlanmasına xidmət etmir”.

APA-nın məlumatına görə, bu barədə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında istefası öncəsi təqdim etdiyi son hesabatında bildirib.

“İki illik intensiv fəaliyyətim müddətində ATƏT PA ilə bağlı Cənubi Qafqazda fikirlərin, həmçinin Cənubi Qafqaz barədə məlumatların ATƏT PA-da paylaşılması üçün nailiyyətlər əldə etmişəm. Lakin istənilən vacib məsələ ilə bağlı irəliləyiş əldə olunmayıb. Bunu da qəbul etməliyik ki, istənilən digər qurum və institut son iki ildə regionda nəzərəçarpacaq nailiyyət əldə etməyib.

Doğrudur, nisbi sülh əldə olunub. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənim təəssüratım budur ki, beynəlxalq ictimaiyyət özünün hərtərəfli nizamlanmanın və uzunmüddətli sülhün əldə olunması ilə bağlı ambisiyalarını sadəcə müharibədən qaçmağa dəyişib. Bu dayanıqlı deyil və dəyişməlidir. ATƏT PA bu məsələdə rol oynaya bilər. Lakin bu, xüsusilə münaqişə ölkələrinin paytaxtlarında uyğun şəraitin yaradılması şərti ilə baş verə bilər”, - deyə o vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 354

QHT və MEDİA

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

CƏMİYYƏT

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...