SİYASƏT
A- A A+

Azay Quliyev Prezidentin İrəvanla bağlı çıxışına deyinən erməniyə sərt cavab verdi

2018-02-22 20:30:05

.

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib. Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür “haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddilikdən xəbər verir. Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil.

Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan bu təşəbbüslərə qoşulmaq üçün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına şərait yaratmalıdır. Lakin Ermənistan indiyə kimi işğalçılıq siyasətini davam etdirir. Ermənistanın bütün regional layihələrdən kənarda qalmasında əsas günah və məsuliyyət Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür. Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur: “Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatlara uyğun olaraq, Azərbaycana hücumlar etmək üçün burada iştirak edirsiniz. Lakin bu beynəlxalq tədbir həmin təlimatların icra edilməsi üçün məkan deyil və sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”. (azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 1078

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...