İQTİSADİ
A- A A+

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması bu ilin sonunadək başlaya bilər

2018-02-22 10:10:43

.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunadək başlayacaq. Bu sözləri Avstriyanın paytaxtı Vyanada səfərdə olan “Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri Cavid Qurbanov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib. C.Qurbanov qeyd edib ki, ilkin mərhələdə sərnişin daşınması Türkiyənin Qars şəhərinədək olan əraziləri əhatə edəcək. Bunun üçün ilk növbədə texniki şərtlər ödənilməlidir: “Texniki şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan ərazisində dəmir yolunun iz ölçüləri 1520 mm, Türkiyə ərazisində isə 1435 mm-ə bərabərdir. Bir ölçüdən digərinə keçid üçün təkər cütlüklərinin dəyişdirilməsi və yaxud bu prosesin avtomatlaşdırılmış qaydada həyata keçirilməsi tələb olunur”.

“Azərbaycan Dəmir Yolları“ QSC-nin sədri bildirib ki, artıq İsveçrənin “Stadler” şirkətinə bu tələbə uyğun vaqonların hazırlanması üçün sifariş verilib. Yalnız bundan sonra bir ölkə ərazisindən digərinə keçərkən qatarların hərəkəti təkərlərin dəyişdirilməsi üçün vaxt itkisinə yol vermədən və bir ölçüdən digərinə keçid olmadan həyata keçirilə bilər. Eyni zamanda, sərnişin daşınması üçün yeni tipli vaqonlara ehtiyac var. Həmin vaqonlar da “Stadler” şirkətinə sifariş edilib və vaqonların təhvil verilməsi yəqin ki, gələn ilin may ayına qədər çəkə bilər.

C.Qurbanov qeyd edib ki, bir hissəsi bu ilin sonunadək təhvil verilməsi gözlənilən qatarlar Bakı-Tbilisi-Qars istiqamətində müntəzəm daşınmanı təmin edəcək.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 959

QHT və MEDİA

2020-05-26 08:25:22

QHT və MEDİA
Parisdə 28 May - Respublika Gününə həsr ...
Parisdə 28 May - Respublika Gününə həsr ...

Mayın 27-də Parisdə yerli vaxtla saat 16:00-da Azərbaycan Xalq Cümhuriyyətini...

2020-05-24 09:05:41

QHT və MEDİA
Tural Gəncəliyev: Ermənistanın siyasi rə...
Tural Gəncəliyev: Ermənistanın siyasi rə...

Mayın 21-də Ermənistan sülh prosesinə ən yüksək səviyyədə zərbə vuran bir add...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...