MƏDƏNİ
A- A A+

Qazaxıstanda AXC-nin 100 illiyinə həsr olunan toplantı

2018-02-22 09:20:35

.

Azərbaycanın Qazaxıstandakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib. Mərasim paytaxt Astananın ən böyük ticarət və əyləncə mərkəzlərindən, dünyanın nadir arxitektura nümunələrindən hesab olunan “Xan Şatır”ın açıq səhnəsində keçirilib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, o dövrün mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyətinə, böyük çətinliklərə baxmayaraq canları, qanları hesabına azadlıq mübarizəsi aparan qəhrəmanlarımız şərəflə, ləyaqətlə yürütdükləri bu mücadilə ilə bugünkü müstəqilliyimizin toxumlarını səpiblər. Ona görə də bu tarix təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli hadisədir. Bunu nəzərə alaraq 2018-ci ildə Cümhuriyyətin yubiley tədbirləri Azərbaycanda olduğu kimi, qardaş Qazaxıstanda da geniş miqyasda qeyd olunacaq.

Eyni zamanda, diplomat bu il Astananın paytaxt elan olunmasının 20 illiyinin qeyd edildiyini, tamaşaçıları təbrik edərək konsertin qardaş qazax xalqına bayram hədiyyəsi sayıla biləcəyini deyib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində həm Azərbaycan xalqının, həm də digər türk etnoslarının suverenlik və müstəqillik ideyalarının möhkəmlənməsində silinməz iz buraxdığını qeyd edib.

O bildirib ki, cümhuriyyət, onun qəbul etdiyi qərarlar, onun simvolları bizim azadlıq istəyimizi düşüncələrimizdə, qəlbimizdə yaşadıb və uzun illərdən sonra yenidən milli istiqlalımıza qovuşmağımızda misilsiz rol oynayıb. G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türk dünyasında inteqrasiyanın dərinləşməsi və möhkəmlənməsi naminə əməkdaşlıq üçün hər kəsə açıq olduğunu, türk irsi və mədəniyyətinin dünya arenasında tanıdılmasında fəaliyyətini genişləndirdiyini vurğulayıb: "Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanır". O əlavə edib ki, bu tədbirin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucularından biri kimi Qazaxıstanda təşkil olunması isə qardaş ölkənin bizim ortaq dəyərlərimizə, dövlətçilik ənənələrimizə ehtiramını ifadə edir. Fond rəhbəri belə vacib tədbirə ev sahibliyi etdiyi üçün Qazaxıstan tərəfinə minnətdarlığını ifadə edib. Sonra çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali böyük Məmməd Əmin Rəsulzadənin – “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikrini xatırladaraq, o zamanın ən ağır şərtlərində azadlıq mücadiləsi vermiş böyük dövlət xadimlərimizin misilsiz tarixi missiyanın öhdəsindən ləyaqətlə gəldiklərini qeyd edib. İnanılmaz məşəqqətlərə sinə gərən bu liderlərin böyük əksəriyyəti sonra mühacirətdə, sürgündə belə öz yollarından dönməyib, son nəfəslərinədək dövlətçiliyimizin, özümüzün və övladlarımızın gələcəyi üçün mübarizə aparıblar. Akademiya rəhbəri bildirib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasının 1918-ci ildə qurulan Cümhuriyyətin varisi olması, ötən ilin sonunda prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsi azərbaycanlıların öz dövlətçilik tarixinə verdiyi böyük dəyərin göstəricisidir. Çıxışlardan sonra Azərbaycanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafov pianoda parçalar ifa edib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ölkəmizin Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə genişmiqyaslı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.(525.az)

  • @continue

Kateqoriya : MƏDƏNİ Baxış sayı : 292

QHT və MEDİA

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...