QHT və MEDİA
A- A A+

“Cəzasız cinayət” - Xocalı soyqırımından bəhs edən yeni film belə adlanır

2018-02-21 17:00:17

Bakı Dövlət Universitetinin (BDU), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlı yeni sənədli filim lentə alınıb

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəllifi, rejissoru və prodüseri bu universitetin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir. Tarixi-publisistik, elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi və psixoloji aspektləri təqdim olunur. Elmi-siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim olunur. Filmdə əsir və girov düşmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin faciə qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu genosidin təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır. Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici işlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlıq Osmanlı Arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 619

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...