SOSİAL
A- A A+

Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək

2018-02-20 07:50:50

Fevralın 26-da Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək

Mərkəzdən APA-ya verilən məlumata görə, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) “Xocalı 613” simfonik poeması təqdim olunacaq. Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Qeyd edək ki, Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub. Əsər qərb klassik musiqisi və “Laçın”, “Sarı gəlin” mahnıları da daxil olmaqla, Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. “Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir. Əsərin premyerası 21 fevral 2013-cü ildə Parisdə keçirilib. Daha sonra London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin və Oslo şəhərlərində təqdim olunub.

Heydər Əliyev Mərkəzindəki konsert proqramında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravürlərindən “Səyahət” fraqmenti, amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri də səslənəcək.


Kateqoriya : SOSİAL Baxış sayı : 616

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...