CƏMİYYƏT
A- A A+

Pakistanın “National Herald Tribune” qəzeti Xocalı soyqırımından yazıb

2018-02-19 10:15:59

Pakistanın “National Herald Tribune” qəzetində və elektron portalında “Xocalı soyqırımı üçün ədalət” sərlövhəli məqalə yerləşdirilib

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cümlədən 106 qadının, 70 qocanın və 83 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi, Xocalı soyqırımının Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirilir.

Yazıda Xocalı soyqırımının siyasi, tarixi və hüquqi mahiyyəti açıqlanır, qurbanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi, faciənin beynəlxalq normalar baxımından soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır. Vurğulanır ki, faciədən sonra dünyanın nüfuzlu nəşrlərində soyqırımı haqqında məqalələr dərc edilib. Ermənilər istəsələr də, bu qanlı hadisəni heç cür təkzib edə bilməzlər.

Müəllif yazıda soyqırımı ilə əlaqədar İslamabad Strateji Tədqiqatlar İnstitutunda keçiriləcək seminar və “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da geniş məlumat verir.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 579

QHT və MEDİA

2019-06-27 07:40:15

QHT və MEDİA
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın Rus...

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...