TƏDQİQATLAR
A- A A+

Ermənistanın beynəlxalq nəqliyyat problemi: tunelin sonunda işıq görünmür

2018-02-18 09:55:29

Ermənistanın beynəlxalq nəqliyyat sahəsində yaşadığı problemlər iqtisadi və ticari sahələrə birbaşa mənfi təsir edir

Bu problem davam etdiyi müddətdə iqtisadiyyatın canlanması, ticarət dövriyəsinin artması mümkün görünmür. Ermənistanın Rusiya ilə nəqliyyat yolu Gürcüstandan keçməklə Rusiya ilə sərhəd bölgəsində yerləşən Yuxarı Lars yolu ilə tamamlanır. Amma Yuxarı Lars yolu dağlıq ərazidən keçir, qış mövsümündə qar və uçqunlar, yaz mövsümündə isə dağ çaylarının daşması bu yolu uzun müddət bağlayır. Təbii ki, bu zaman Ermənistandan Rusiyaya ixrac malları daşıyan maşınlar bir həftə, on gün, bəzən də daha artıq yolların açılmasını gözləyir ki, bu da həm həm nəqliyyat xərcini artırır, həm də tez xarab olan malların keyfiyyətini aşağı salır. Qısacası, Yuxarı Lars yolunun mövsüm şərtlərinə görə bağlı olması Ermənistan üçün ciddi problemdir. Alternativ yollar varmı?

Alternativ yollar əlbəttə var. Sovetler dövründən qalan Abxaziya və Cənubi Osetiyadan keçən dəmir yolunun açılması Ermənistanın beynəlxalq nəqliyyat yolu problemini kökündən həll edər. İkinci ən qısa və ucuz başa gələn yol isə Azərbaycandan keçən və Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu xəttidir. Amma Ermənistanın bu alternativ yolların açılması və istifadə etməsi üçün gərəkli addımları atmağa heç bər təsir mexanizmi yoxdur. Gürcüstan Abxaziya və Cənubi Osetiya problemini özünün ərazi bütövlüyü çərçivəsində həll edilmədiyi təqdirdə bu ərazilərdən keçən dəmir yolunun açılmasında maraqlı deyil. Ermənistan Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal etdiyi üçün təbii ki, Azərbaycandan keçərək Rusiyaya birləşən dəmir yolu xəttindən də istifadə edə bilmir. Yəni Ermənistanın nəqliyyat problemi "qısır döngü'' içərisindədir və əsasən hava şəraitinin ümidinə qalıb.

Müzakirələr nə deyir?

2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi baş verməsəydi, Ermənistan Rusiya ilə birlikdə Abxaziya və Cənubi Osetiya yolundan istifadə etmək üçün Gürcüstan hökumətindən hansısa formada razılıq ala bilərdi. Amma 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı özünə birləşdirməsindən sonra bu məsələ belə demək mümkündürsə, "ərəb saçı'' kimi qarmaşıq hal aldı.

2008-ci il Rusiya-Gürcüstan arasında yaşanan siyasi və hərbi ixtilafın nəticələri hələ də davam edir. Tərəflər arasındakı bəzi problemlər qarşılıqlı müzakirələr nəticəsində həll edilsə də, "sümükləşən'' problem olaraq bilinən məsələlərdən biri də Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü tanımaması, Abxaziya və Cənubi Osetiyanı dəstəkləməsidir. 2011-ci ildə Gürcüstanla Rusiya arasında yükdaşımaların tənzimlənməsi haqqında müqavilə imzalamaq haqqında razılıq əldə edilmişdi. Bu razılaşmaya görə İsveçrənin SGS şirkəti vasitəçi olaraq imzalanacaq müqavilənin şərtlərinin həyata keçirilməsinə nəzarət edəcəkdi. Tərəflərin 7 ildir müzakirə etdikləri məsələ barəsində hələ də ciddi razılaşma əldə edilməyib. Bir ay əvvəl Gürcüstan hökuməti İsveçrənin SGS şirkəti ilə müqavilə imzalasa da, Rusiya tərəfi hələ tələsmir.

Gürcüstan hökuməti müzakirələrdə ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasını tələb etdiyi halda, son zamanlarda Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük terminalları quraşdırması Gürcüstanı narahat edir.

Məsələ ilə bağlı Rusiya XİN müavini Qriqoriy Karasinə jurnalistin "Ermənistan bu razılaşmanın əsas benefisiarı olacaq, doğrumu anladım?'' sualına "Ermənistan həqiqətən bəzi xahişlər etmişdi, amma burada əsas məsələ Rusiya-Gürcüstan razılaşmasıdır və üçüncü tərəfə – Abxaziya və Cənubi Osetiya qarşısında heç bir öhdəlik götürülmür'' deyə cavab vermişdir.[i] Rusiya və Gürcüstan bu razılaşmanı imzalayacaqları müqavilə ilə həyata keçməsində maraqlıdır. Ancaq burada əsas məsələ tərəflərin siyasi maraqlarının ortaq məxrəcə gətirilməsidir ki, Abxaziya və Cənubi Osetiya problemləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll edilmədiyi müddətdə bu olduqca çətin bir məsələdir. Gürcüstan hüquqi bir təminat almadan Rusiya ilə müqaviləni imzalayar və həyata keçirərsə, Abxaziya və Cənubi Osetiyanın iqtisadi müstəqilliyini qəbul etmiş olaur.

Ermənistan maraqla Rusiya və Gürcüstan arasında müzakirələrin yekunlaşmasını və müqavilənin imzalanmasını gözləyir və bunu bir şəkildə nəqliyyat problemlərinin həll edilməsində vasitə olaraq görür. Amma bu müqavilə İsveçrənin SGS şirkətinin vasitəçiyi ilə Rusiya və Gürcüstan arasında imzalanıb və Karasinin dediyi kimi üçüncü ölkə qarşısında heç bir öhdəlikləri yoxdur.

Hatəm Cabbarlı, siyasi elmlər doktoru Newtimes.az


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 242

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...