SİYASƏT
A- A A+

Münxendə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

2018-02-19 09:20:35

.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfərini xatırladıb, bu səfərin Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində bütün tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycanın vahid prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə ifadə olunan dəstəyin təqdir olunduğunu deyib. Elmar Məmmədyarov həmsöhbətə bu il aprelin 11-də Konstitusiyaya uyğun olaraq ölkəmizdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumat verib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair Saziş layihəsi üzrə aparılan danışıqlara toxunulub. Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar və Bakıda fevralın 15-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının uğurla keçdiyini vurğulayıblar. Uzlaşma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu və Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Enerji məsələləri ilə bərabər təhlükəsizlik və nəqliyyat sahələrində də Aİ ilə Azərbaycan arasında dialoq mexanizminin yaradılması müsbət addım kimi qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cari danışıqlar barədə məlumat verərək, işğala əsaslanan mövcud status-kvonun dəyişdirilməsi və münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 368

QHT və MEDİA

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...