MÜSAHİBƏ
A- A A+

Müslüm İbrahimov: “Avropa ali təhsil məkanına inteqrasiya əhəmiyyətli uğurların əldə olunmasına imkan verib”

2015-06-24 11:35:42

Fact-info.az saytının suallarını Azəbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, iqtisad elmləri doktoru Müslüm İbrahimov cavablandırır:

-ADİU-nin beynəlxalq əlaqələrin fəaliyyəti əsasən hansı prinsiplər əsasında həyata keçirilir?

-Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilin  inkişafına göstərilən diqqət və qayğı yüksək ixtisaslı kadrların hazırlanması, Boloniya prosesinə səmərəli qoşulmanın başa çatdırılması və milli ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının təmin olunması istiqamətində əhəmiyyətli uğurların əldə olunmasına imkan verib.

-Müasir şəraitın da, ali təhsil sahəsində qloballaşma prosesinin sürətlə getdiyi və dünya ali təhsil məkanında rəqabət mübarizəsinin kəskinləşdiyi hazırki dövrdə ADİU-nun mövcud beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, bütövlükdə səmərəli və təkmil beynəlxalq əməkdaşlığın formalaşdırılması daha çox aktuallıq kəsb edir. Bu sahədəki fəaliyyətimizi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Azərbaycan–2020: gələcəyə baxış” Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq tələbləri əsasında həyata keçirdirik.

-Son bir il ərzində ADİU-nin beynəlxalq əlaqələrində nə kimi yeniliklər var?

-Beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətimiz, beynəlxalq təhsil proqramlarında iştirak, əcnəbi tələbələrlə iş, beynəlxalq təşkilatlar və universitet birlikləri ilə əməkdaşlıq və digər istiqamətlər üzrə aparılır. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq sahədə 2014/2015-ci tədris ilində ölkəmizin maraqlarına cavab verən və beynəlxalq əlaqələrindən universitet tərəfindən real nəticə əldə etmək məqsədi baxımından çox saylı danışıqlar aparılmış və 12 ölkənin 14 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu universitetlərin arasında Türkiyənin Qazi, Koç, İzmir Economi, Fransanın Strasburq, Ruen, Reims Şampan Arden, Mopellier Universitetləri, ABŞ-ın Kolumbiya Universiteti, Böyük Britaniyanın London Universiteti, Rusiya Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbi və digər universitetlər çıxış edir. Hal-hazırda 7 ölkənin universitetləri ilə danışıqlar davam edir. Bu ildə universitetimizin beynəlxalq əlagələr sahəsində ən böyük uğurlar haqqında daha konkret məlumat vermək istərdik. Belə ki, 3 aprel 2015-ci il tarixində London Universitetinin London İqtisad Məktəbi ilə 2 ixtisas üzrə bakalavr üçün ikili diplom üzrə birqə proqramı həyata keçirilməsi, dünya standartlarına cavab verən və dünyanın nüfuzlu universitetləri tərəfindən tanınan hazırlıq kursların ADİU-nə təşkili üzrə müqavilə bağlanmışdır. Tədris proqramı London İqtisadiyyat Məktəbinin mövcud kurikulumuna və fənn sillabuslarına müvafiq London İqtisadiyyat Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə tədris planı əsasında ingilis dilində həyata keçiriləcəkdir.

Proqramı müvəffəqiyyətlə bitirən tələbələr London Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin vahid nümunəli bakalavr diplomlarını əldə edəcəklər. London Universitetinin diplomu Londonda keçirilən məzun gecəsində proqram məzunlarına təqdim olunacaqdır.  Həmçinin 17 aprel 2014-cü il tarixində Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi”  ilə əməkdaşlıq haqqında müqavilə bağlandı. Almaniyanın Ziqen Universiteti (Siegen University)ilə aktiv tələbə və müəllim mübadiləsi həyata keçirilmişdir. Universitetimizin müəllimi Almaniya da “Beynəlxalq nəqliyyat əməliyyatları” fənnini tədris etmişdir. Nəticədə ADİU-nun 5,  Zigen Universitetinin 13 tələbəsi intensiv tədris kursunu bitərək ADİU-nin kreditlərini qazanmışdılar. Litvanın ən böyük universitetlərindən biri olan Mikolas Romeris Universiteti ilə əməkdaşlıq əlaqələrimiz daha çox tələbə və müəllim mübadiləsi və birgə yay mektəblərin təşkili sahəsində yüksək nəticələr əldə edilməsini nəzərə alaraq biz əməkdaşlığın daha mürəkkəb formasını maliyyə ixtisası üzrə maqistr pilləsi üçün ikili diplom proqramını reallaşdırdıq. Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi ilə tələbə mübadiləsi sahəsində əməkdaşlıq davam etdir. İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə birgə MBA proqramı fəaliyyət göstərir. Birgə proqramda təhsil alan 14 magistrant bu il məzun olmaqla hər iki universitetin diplomlarına sahib olacaqlar. Qazi universiteti ilə Türk Dünyası İşlətmə Fakültəsinin bazasında ikili maqistr proqramı üçün ikili diplomlar layihəsinin işlənilməsi həyata keçirilir. Mopellier Universiteti ilə ikili diplom proqramı gələn tədris ilində reallaşacaqdır.

-Hansı beynəlxalq proqram və layihələrdə iştirak edirsiniz?

-Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutur. Universitetimiz ilk dəfə olaraq TEMPUS layihəsinin qalibi olmuşdur. Bu il universitetimiz layihə koordinatoru olaraq bütün partner universitelərində layihə ilə bağlı görülmüş işlərin monitorinqi keçirtmişdir.  Universitetimiz tərəfindən idarə olunan layihənin tərəfdaşları arasında Böyük Britaniyanın Uorvik Universiteti olmaqla 3 Qərb Avropa universitetləri, Azərbaycanın 4 universiteti, MDB-nin 6 universiteti var. Eyni zamanda, Universitetimiz 2013-cü ildə tərəfdaş qismində “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda başqa bir TEMPUS layihəsinin də qalibi olmuşdur.

Tempus proqramasının davamı olaraq Avropa Komissiyasının “Erasmus+” proqramına ADİU aktiv şəkildə qoşulmuş, tələbə və müəllimlərimizin bu proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən Mevlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin 32 universiteti ilə Mevlanə protokolu imzalanmışdır. Belə ki, Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan proqrama Universitetimiz aktiv şəkildə qoşulmuşdur.

-ADİU-nə əcnəbi tələbələrin cəlb edilməsi istiqamətində hansı işlər görülür və nə kimi şərait yaradılıb?

-Hazırda əcnəbi tələbələrin sayının artırılması, prioritet hesab edilən ölkələrdə ADİU-nun təbliğatı işinin daha səmərəli təşkili, əcnəbilərin universitetimizə qəbulu prosesinin online şəkildə həyata keçirilməsi, universitetin yataqxana imkanlarının yaxşılaşdırılması və digər məsələləri özündə əks etdirən kompleks tədbirlər həyata keçirilir. Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetin 01.05.2015-ci il tarixli № 125nömrəli qərarı bu sahədə universitetlərə daha çox sərbəstlik verilməsini nəzərə alaraq düşünürük ki xarici tələbələrin sayını yüksək səviyyədə artıra bilərik.

-Tərəfdaş olduğunuz beynəlxalq təşkilatlar haqqında məlumat vermənizi istərdik?

-Universitetimizin Dünya Bankının, Asiya İnkişaf Bankının (AİB), Amerika Ticarət Palatası (Amcham), İslam İnkişaf Bankının (İİB), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirilmiş və bu qurumlarla əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Bu dövrdə Universitetimizin Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Dünya Bankının geniş tərkibdə nümayəndə heyəti ADİU-də 2015-2020-ci illər ərzində bankın Azərbaycan ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan layihələr barədə hesabatla çıxış ediblər. Universitetimizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə əməkdaşlığı davam etdirilmiş. Beynəlxalq Türk Akademiyyası ilə və Qara Dəniz Elmi Tədqiqat üzrə Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə bağlanmışdır.

-Beynəlxalq əlaqələr fəaliyyəti çox şaxəli sistem olduğu baxımından digər fəaliyyət haqqında nə deyə bilərsiniz?

- Universitetimizin 50-nəfər çox əməkdaşları 40 -a yaxın beynəlxalq konfrans, forum və digər beynəlxalq tədbirlərdə iştirak etmişdilər. Təqribən 10 ölkədən 20-ə yaxın xarici professor universitetimizdə iqtisadiyyatın müxtəlif problemlərinə həsr olunmuş mövzularda tələbələrimiz üçün mühazirələrlə çıxış etmişdilər. Türkiyə, Ukrayna, ABŞ, Argentina, Fransa, Almaniya, Kolumbiya, Norvec, Macarıstan, Tacikistan və digər ölkələrin Azərbaycandakı səfirləri və diplomatları Universitetimizdə olmuş, təmsil etdikləri ölkələrin müvafiq universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Böyük Britaniyanın, Fransanın, Türkiyənin, Macarıstanın, Polşanın böyük nümayəndə heyətlərini gəbul etmişdir.  Fullbright proqramı çərçivəsində amerikalı mütəxəssis 1 il ərzində Universitetimizin əməkdaşları, “Xarici Dillər” kafedrasının müəllimləri və tələbələrimiz üçün ingilis dili üzrə davamlı təlim kursları keçmişdir.

-Universitetin beynəlxalq əlaqələri sahəsindəki fəaliyyətinizin səmərəliliyinin artırılması baxımından  hansı prioritet məqsədləri qoyursunus?

-Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi, əcnəbi tələbələrin sayının artırılması, universitetimizin beynəlxalq ali təhsil məkanındakı imicinin yüksəldilməsi və ADİU-nun dünya universitetlərinin reytinq siyahılarına daxil edilməsi istiqamətlərində görülməsi vacib olan çox iş vardır.

 

Fact-info.az

 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 946

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...