QHT və MEDİA
A- A A+

Praqada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib

2018-02-16 09:50:08

.

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş, Azərbaycan və İsrail müəlliflər Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara qar çiçəkləri və Qarabağ hekayələri” adlı kitabın təqdimatı keçirilib. Mərasimdə gənc musiqiçi Eva Aşumovanın ifasında piano musiqisinin müşayiəti ilə ilk dəfə çex dilinə tərcümə olunan novelladan parçalar səsləndirilib. Tədbirdə fəxri qonaq qismində Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev və Lev Spivakın rəhbərliyi ilə İsraildən olan nümayəndə heyəti iştirak edib. Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək qonaqlara Xocalı soyqırımı haqqında məlumat verib, Xocalı qurbanlarının xatirəsinin bu şəkildə yad edilməsinin əhəmiyyətini vurğulayıb. Anar Rzayev sözügedən kitab sayəsində çex oxucuların Xocalı soyqırımı haqqında daha geniş məlumat əldə etmək imkanı qazandıqlarını bildirib. Tədbir ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Təşkilatı, “Natəvan” cəmiyyəti və Azərbaycan-İsrail təşkilatı tərəfindən təşkil olunub.(AZƏRTAC) Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 283

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...