QHT və MEDİA
A- A A+

QHT-lər İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə müraciət qəbul ediblər

2018-02-14 18:35:29

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının Ümumrespublika Konfransı keçirilib

Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni prezident seçkilərinin aprelin 11-nə təyin olunmasının milli maraqlara xidmət etdiyini söyləyib. Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinə dəstəyindən söz açan İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib ki, qərbyönümlü seçki təşkilatları Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 gündən endirilməsi və seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edirlər: “Ancaq sonradan araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır. Biz hesab edirik ki, gələcəkdə seçki komissiyaları da ümumiyyətlə, siyasi partiyaların inhisarından çıxarılmalı, müstəqil ekspertlərdən, QHT nümayəndələrindən, jurnalistlərdən təşkil edilməlidir”.

M. Zülfüqarlı prezident seçkilərinin önə çəkilməsinə də toxunub: “Azərbaycan demokratik ölkədir, son referendumda qəbul edilən Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 il olacaq. 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcəkdi. Ona görə də ölkə rəhbəri prezident seçkilərinin yazda keçirilməsi barədə sərəncam verib. Digər tərəfdən, qarşıdakı dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atıla bilər. Bu da prezident seçkilərinin vaxtının dəyişdirilməsinə təsir göstərən amillər sırasında ola bilər”. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir, sabitlik mövcuddur: “Bizim namizədimiz İlham Əliyev olacaq”. Çıxışlardan sonra QHT-lər adından prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə müraciət qəbul edilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 342

QHT və MEDİA

2018-10-17 19:25:17

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatında növbəti...
YAP Pirallahı rayon təşkilatında növbəti...

17 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təş...

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...