SİYASƏT
A- A A+

“Azərbaycan iqtisadi və siyasi baxımdan regional mərkəzə çevrilib”

2018-02-14 08:25:43

“Azərbaycan həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib

Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlət başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirib. Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. O qeyd edib ki, bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.


Kateqoriya : SİYASƏT Baxış sayı : 194

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...